ABŞ Dövlət Katibi Con Kerri ATƏT Minsk Qrupuna yeni həmsədr təyin edilməsi barədə açıqlama ilə çıxış edib. ABŞ-ı qurumda təmsil edəcək növbəti həmsədr səfir Ceyms Varlik olacaq.
Səfir Varlik bu yaxınlaradək ABŞ-ın Əfqanıstan və Pakistanda xüsusi nümayəndəsinin müavini qismində çalışıb. Bundan əvvəl cənab Varlik ABŞ-ın Bolqarıstandakı səfiri (2009-12), Beynəlxalq Təşkilatlar Bürosunda Dövlət Katibinin yardımçısı (2006-09), Avropada Təhlükəsizlik və Siyasi Məsələlər İdarəsinin direktoru (2005-06) olub.
"O, birinci dərəcəli diplomatdır və mən əminəm ki, o, bu mühüm postda vəzifəsinin öhdəsindən gələcək," deyə Con Kerri bildirib.
Dövlət Katibi əlavə edib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına sadiqdir.
Cənab Kerri ABŞ hökumətinin Azərbaycan və Ermənistan hökumətlərinə səfir Varlikin təyinatı barədə məlumat verdiyini bildirib.