Qahirə mətbuatının bildirdiyinə görə, Misir təhlükəsizlik qüvvələrinin devrilmiş prezident Məhəmməd Mursi tərəfdarlarının çadır düşərgələrinə doğru irəlilədiyi zaman ağır itkilər olub. Fransa xəbər agentliyi səyyar xəstəxanaya onlarla yaralının gətirildiyini, azı 149 nəfərin öldüyünü bildirib.
Müsəlman Qardaşları təhlükəsizlik qüvvələrinin əməliyyatını "qırğın" adlandıraraq, ölənlərin sayının yüzlərlə olduğunu bildirib.
Misirin dövlət mediası qarşıdurmalar zamanı 6 polis işçisinin öldürüldüyünü, 66-sının isə yaralandığıbı bildirib. Televiziyanın nümayiş etdirdiyi kadrlarda buldozerlər və zirehli maşınların dəstəyi ilə polisin nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə etdiyi, nümayişlərin getdiyi yerlərin tüstüyə büründüyünü və səmada hərbi vertolyotların uçduğu göstərilib.
Ordunun Mürsi tərəfdarlarının orduya qarşı silahdan istifadə etdiyini göstərən fotoları açıqladığı vaxt, şahidlər və xarici jurnalistlər hətlükəsizlik qüvvələrinin atəş açdıqlarını deyiblər. Deyilənə görə, Müsəlman Qardaşlıarının liderləri də daxil edilməklə, onlarla adam həbs edilib.