Edvard Ceredcyan:Amerika Yaxın Şərq proseslərində iştirak etməlidir

  • Amerikanın səsi

Edvard Ceredcyan:Amerika Yaxın Şərq proseslərində iştirak etməlidir

Yaxın Şərq üzrə ekspert, ABŞ-ın Suriya və İsraildəki sabiq səfəri Edvard Ceredcyan bildirib ki, Amerika və digər ölkələr regiondakı dəyişiklərin sülh yolu ilə həyata keçirilməsində yaxından iştirak etməlidir.

Liviya hadisələri barədə danışan səfir Milli Keçid Şurası qarşısında ciddi probemlər dayandırığını deyib.”Mən bədbin deyiləm. Amma qarşıda böyük bir sual işarəsi durur. Belə ki, bu işin öhdəsindən gəlinməsi asan olmayacaq”.

Hazırda Nyuston universitetinin Ceyms Beyker institutunda ictimai siyasət şöbəsinin direktoru olan Ceredcyan hesab edir ki, Amerika və digər ölkələr regiondakı vəziyyətlə bağlı ehtiyatlı addımlar atmalı, lakin prosesdə iştirak etməlidir. “Biz qruplar arasında seçim edib, kimisə dəstəkləməməliyik. Xarici yardımlar ehtiyatla həyata keçirilməlidir. Keçidi biz deyil, Liviya xalqı özü etməlidir. Bizim borçumuz xalqa dəstək göstərməkdir” .

Edvard Ceredcyan bildirib ki, Suriya prezidenti Bəşar Əl-Əsəd 2000-ci ildə ona islahatçı deyə səs verənləri məyus edib. Onun dediyinə görə, Suriya ilə bağlı xarici amillərdən biri İrandır ki, Suriyadakı hadisələr onun maraqlarına ziyan vurub. “İranlılar rejimin dağılmasından çox narahatdır. İran Levant və israil sərhədlərindəki geo-siyasi mövqeyini itirə biləcəyindən ehtiyat edir”.

Ekspertin fikrincə, dini fərq İranın Suriyadakı rolunu məhdudlaşdırır. İran şiə müsəlmanlar,Suriya isə əksəriyyəti sünni müsəlmanlar olan ölkədir. Edvard Ceredcyan bildirib ki, iranlılar prezidentinin ələvi partiyasının üzvü olduğu Suriyadakı siyasi dəyişiklırdə dominantlıq edə bilməyəcək.

Səfir ərəb dünyasında Amerikaya rəğbət gösrətirildiyinin şahidi olduğunu, lakin ABŞ-ın ərəb ölkələrində diktatorlar və İsraili dəstəkləməsinə dair narazılılaq mövcud olduğunu bildirib. O deyib ki, Amerikanın keçənilki mövqeyi buna dəyişiklik gətirə bilər.