Dunya Miyatoviç: Azərbaycan hakimiyyəti jurnalistlərə qarşı zorakılıqlara son qoymaq üçün real addım atmalıdır

ATƏT-in xüsusi nümayəndəsi Azərbaycanda jurnalistin döyülməsini pisləyir.

ATƏT-in söz azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç Azərbaycanda reportyor İdrak Abbasova və başqa jurnalistlərə qarşı bu günki basqından şoka düşdüyünü bildirib.
Xanım Miyatoviçin bəyanatında deyilir: “Bu şoka salan xəbər Azərbaycanda jurnalistlərin zorakılıq və dözümsüzlük şəraitində fəaliyyət göstərmələrinə şahidlik edir. Hakimiyyət jurnalistlərə basqın edən şəxsləri aşkarlamğa və ciddi cəzalandırmağa borcludur. Nəhayət ki, Azərbaycan hakimiyyəti ölkədə jurnalistlərə qarşı bütün növ zorakılıqlara son qoymaq üçün real addımlar atmalıdır”-deyə o qeyd edir.