Qəzzafinin öldürüldüyü təsdiq edildi

  • Amerikanın səsi

Qəzzafinin öldürüldüyü təsdiq edildi

Dünya ölkələrinin liderləri liviyalıları yeni eranın başlanğıcı ilə təbrik edir.

ABŞ Dövlət Departamenti və Ağ Ev Qəzzafinin öldüyünün təsdiqini əldə edib. ABŞ rəsmilərinə istinad edən Associated Press bildirib ki, onlar Liviya rəsmilərindən xəbərin doğruluğuna dair məlumat alıblar.

ABŞ senatoru, prezidentliyə sabiq namizəd Con Makkeyn deyib ki, Qəzzafinin ölümü Liviya inqilabının ilkin mərhələsinin başa çatdırıldığı deməkdir. Senator ABŞ və onun Avropa müttəfiqlərini, habelə ərəb dünyasındakı tərəfdaşlarını Liviya xalqına dəstəklərini gücləndirməyə çağırıb.

Avropa İttifaqı və Avropa Komissiyasının prezidentləri-Herman Van Rompuy və Xose Manuel Barroso birgə bəyanatlarında Liviyada despotizm erasına son qoyulduğunu bildirib.