Liviya müvəqqəti hökumətinin döyüşçüləri sabiq lider Müəmmər Qəzzafiyə sadiq sonuncu qüvvələri Bəni Valid şəhərinə sıxışdırıblar. Rəsmilər bildirib ki, Qəzzafi əleyhdarları Bəni Valid şəhərinin mərkəzinə qədər irəliləyiblər. Müvəqqəti hökumət qüvvələri Qəzzafiyə sadiq döyüşçülərin mərkəzləşdikləri Sirt şəhərinə də tam nəzarəti əla almağa çalışır. Milli Keçid Şurasının rəsmiləri bildirib ki, Sirt şəhəri alındıqdan sonra ölkəni azad elan etmək mümkün olacaq. Bu arada Suriyada qərargahlanmış Qəzzafi televiziya stansiyası bildirib ki, sabiq liderin oğlu Xamis Tripoli şəhərinin cənubunda avqust ayının sonunda keçirilən döyüşlərdə ölüb.