Poroşenko: Ukrayna ordusu Debaltsevodan geri çəkilir [Fotoqalereya]

Ukrayna prezidenti atəşkəs barədə razılığıa baxmayaraq, ölkənin şərqində Rusiya tərəfdarı üsyançılarla döyüşlərin davam etdiyini və hökumət qüvvələrinin böyük hissəsinin Debaltsevo şəhərindən geri çəkildiyini bildirib.

Bu gün əsgərlərlə görüşmək üşün döyüş bölgəsinə getməyi planlaşdıran prezident Petro Poroşenko video ilə açıqladığı bəyanatında Ukrayna ordusunun Debaltsevodan planlı və mütəşəkkil şəkildə çıxarıldığını deyib.

Bundan əvvəl cənab Poroşenko Ukrayna ordusunun 80 faizinin şəhəri tərk etdiyini və daha iki bölməni tərk etməyi planlaşdırdığını demişdi. Prezidentin bildirdiyinə görə, güclü artelleriya hücumlarının müşaiyəti ilə həyata keçirilən geri çəkilmə əməliyyatı zamanı 30 əsgər yaralanıb.

Keçən bazar günü beynəlxalq vasitəçilərin yardımı ilə atəşkəs haqda razılığın əldə edilməsinə baxmayaraq, Debaltsevo artıq bir neçə həftədir hərbi əməliyyatların mərkəzinə çevrilib.