Dağıstanda bomba hücumları vüsət alıb

Dağıstanda bomba hücumları vüsət alıb

Rusiya rəsmilərinin bildirdiyinə görə, dünən Şimali Qafqazın Dağıstan regionunda maşına yerləşdirilmiş bombanın partlaması nəticəsində bir polis işçisi də daxil olmaqla 8 nəfər ölüb. Rəsmilər bombanın Hacalmaxi məntəqəsi yaxınlığında polisin yoxlanışdan keçirdiyi maşına yerləşdirildiyini guman edirlər. Partlayış zamanı bir polis zabiti, 11 yaşlı qız uşagı da olmaqla, yaxındakı insanlar ölmüş, 6 nəfər isə yaralanmışdır.