Accessibility links

Dağıstanda polis işçilərinə hücum edilib


Rusiyanın qaynar Dağıstan regionunda dünən gecə bir qadının törətdiyi intiharçı hücumu 5 polis işçisinin ölümünə səbəb olub.

Rəsmilər hadisənin Dağıstanın Qarabudaxent kəndində baş verdiyini bildirirlər.

İtar-Tass xəbər agentliyinin məlumatında polisin intiharçının kəsilmiş başının hadisənin baş verdiyi yerin yaxınlığında aşkar edildiyi deyilir. Hücumun məsuliyyətini üzərinə götürən olmayıb.

Dağıstanda polis və rəsmilər bölgədə İslam dövləti yaratmaq istəyən müsəlman yaraqlılar tərəfindən demək olar ki, hər gün hücumlara məruz qalırlar.



XS
SM
MD
LG