Cənubi Koreya birləşməyə yönəlik yayımlara başlayır

  • Amerikanın səsi

Şimali Koreyada sərhədləri bağlamış totalitar rejim hökm sürür

Cənubi Koreya deyir ki, bu ayın sonunda koreya dilində İnternet TV və radio yayımlarına başlayacaq. Bu addımın məqsədi Şimali və Cənubi Koreyaların birləşməsini təşviq etməkdir.

Yonhap xəbər agentliyi yayımların 26 sentyabrda başlayacağını deyir. Birləşmə Nazirliyi həftəlik xəbər reportajları hazırlayacaq.

İnternet radio kanalında Şimali Koreyadan qaçmış adamlardan müsahibələr alınacaq.

Cənubi Koreya prezidenti Li Myunq bak şimalla birləşməni özü üçün prioritet elan edib. Bu ilin əvvəlində o, bildirib ki, Koreyaların birləşməsi uzun vaxt aparmayacaq.