Çinin uzaq şimal-qərbində, əsasən müsəlman uyğurların məskunlaşdığı Sincan bölgəsindəki insanlar uzun müddətdir hökumətin təzyiqlərinə məruz qalır. Son illər təhlükəsizlik qüvvələri ilə yerli əhali arasında zorakılıqlar baş verib və günahın hansı tərəfdə olduğu hələ də məlum deyil.
Dekabr ayının sonlarında Çin hökuməti Sincanda baş verən atışma nəticəsində 8 nəfərin öldüyünü bildirmişdi. Xarici İşlər Nazirliyinin sözçüsü Hon Ley hadisə barədə rəsmi məlumat verib. Hon Ley Pekinin “xarici cihad düşərgələrinin başğılıq etdiyi” dediyi terrorçu qrupun girov götürdüyü iki çobanı azad etmək üçün əməliyyat keçirdiyini deyib.
Dövlətin rəsmi Sinxua xəbər agentliyinin bildirdiyinə görə, zorakılıglarda 15 terrorçu qrupu üzvləri iştirak edib. Lakin xəbərlərdə hadisənin baş verdiyi 90 faiz sakini müsəlman olan Hotan bölgəsində baş verən hadisədə terrorçuların etnik uyğurlar olduğu deyilməyib. Atışma zamanı 4 nəfərin yaralandığı, 4 nəfərin isə həbs edildiyi deyilib.
İndi olduğu kimi bundan əvvəl də Sincanda baş verən qarşıdurmalar zamanı xaricdə olan uyğur qrupları münasibət bildirib. Baş qərargahı Münxendə yerləşən Dünya Uyğurlar Konqresinin sözçüsü Dilşat Reksit söhbətin Çin rejimindən qaçmaq istəyən 15 uyğurdan getdiyini deyib, lakin onların hansısa terrorçu təşkilatın üzü olduğunu rədd edir. Reksit Çin hökumətinin Sincanda sistematik olaraq uyğurlara qarşı keçirdiyi əməliyyatlara bəraət qazandırmaq üçün onların qlobal terrorçuluqda əli olmaqda ittiham etdiyini deyib.
Bu ilin əvvəlində müsəlman qadınların üzlərini örtmələrinə qadağaya qarşı olan 18 uyğurun bomba və bıçaqlarla polis məntəqəsinə hücum edərək iki polis işçisini öldürdülkəri və girov götürdükləri xəbər verilmişdi.
Şanxaydakı London Kinq Kolleci Radikalizasiya Təhqiqatları Mərkəzindən Rafaello Pentuççi Hotanda baş verənlər barədə hər iki tərəfin ittihamlarından insanların rejimdən qaçmaq istədikləri nəticəsinin çılxarıldığını deyib.
Sincanın paytaxtı Urumçidə gərginlik hələ 2009-cu ildə, ölkənin cənubundakı fabrikadakı uyğurların etnik zəmində qətlə yetirilməsindən sonra baş qaldırdı. Akasiyalar zoraılığa çüvrildi,Çinin han etnik qrupunun üzvləri uyğurların hücumuna məruz qaldı, 200-ə yaxın adam öldürüldü.