Cenevrədə qaçqınlar və vətəndaşlığı olmayan şəxslərlə bağlı konfrans keçirilir

Cenevrədə qaçqınlar və vətəndaşlığı olmayan şəxslərlə bağlı konfrans keçirilir

Konfransda ABŞ-ın dövlət katibi Hillari Klinton, Finlandiyanın keçmiş prezidenti Martti Ahtisaari, İsveçrə Konfederasiyasının prezidenti Mişelin Kalmi-Rey çıxış edəcək.

Dekabrın 7-də İsveçrənin Cenevrə şəhərində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının 60 illiyi ilə əlaqədar qaçqınlar və vətəndaşlığı olmayan şəxslərlə bağlı geniş konfrans öz işinə başlayır. Tədbiri BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreş açacaq. Konfransda BMT-nin Baş katibi Pan Ki Munun video müraciəti olacaq. Çıxış edənlər arasında ABŞ-ın dövlət katibi Hillari Klinton, Finlandiyanın keçmiş prezidenti Martti Ahtisaari, İsveçrə Konfederasiyasının prezidenti Mişelin Kalmi-Rey və digərləri olacaq.
Tədbirdə Azərbaycanı baş nazirin müavini Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.