Amerikanın Azərbaycanlı Gənclər Təşkilatının nümayəndələri Rövşən Muradov və Rza Əliyev ABŞ-da görüşlərini davam etdirir. Onlar paytax Vaşinqtonda ABŞ Dövlət Departamenti, Konqres, qeyri-hökumət təşkilatları və araşdırma mərkəzlərində görüşlər keçirib, Konqresdə “Uşaqlarımıza verdiyimiz vədləri saxlayaq” mövzusuna həsr olunmuş konfransda iştirak ediblər. Azərbaycanın BMT-də gənc səfiri Rza Əliyev Amerikanın səsinin AzeriDiaspor bloqu üçün müsahibədə bildirib ki, onun Konqresdə prezentasiyası zamanı Azərbaycanda qaçqın uşaqlar haqda məlumatları böyük maraqla qarşılanıb. Rza Əliyev gənc səfir kimi bu yaxınlarda BMT-də Dağlıq Qarabağ münaqişəsi haqda prezentasiya ilə çıxış edəcək. Rza Əliyevlə müsahibəni təqdim edirik.
Müsahibənin tam mətni ilə AzeriDiaspor bloqunun səhifəsində tanış ola bilərsiniz.