İqtidar isə ölkədə uğurlu inkişaf olduğunu bildirir
Milli Şuranın sədri Cəmil Həsənli Azərbaycanda hazırkı siyasi sistemi kəskin tənqid edib.
O Facebook səhifəsində bildirib ki, siyasi sistemin necə olması xalqların həyatında mühüm rol oynayır. “Bunun klassik nümunəsi Amerika Birləşmiş Ştatları, müasir nümunəsi isə Koreya xalqının taleyidir. 1950-ci ilə qədər eyni həyat və eyni tale yaşayan, eyni düşüncə tərzinə malik olan koreyalılar fərqli siyasi sistemlərdə fərqli yol keçdilər. Nəticələr gün kimi aydındır. Hər iki Koreyanın kəskin ayrılan bugünkü durumunun səbəbləri də hamıya bəllidir”.
Həsənlinin fikrincə, hazırda Azərbaycan Cənubu Koreya qanunlarını qəbul edib, amma Şimali Koreya həyatını yaşayır. “Biz Seulun konstitusiyasını qəbul edib, Şimali Koreya həyatını yaşayırıq, Pxenyanın qaydaları ilə idarə olunuruq. Bizim respublika quruluşumuzun quruca adı qalıb: qanunlar var, amma məhəl qoyan yoxdur, insan var, amma dəyəri yoxdur, vətəndaş var, amma hüququ yoxdur”, o qeyd edib.
Öz növbəsində Azərbaycan iqtidarı ölkədə insan azadlıqlarının və demokratiyanın təmin edildiyini bildirir. Prezident Əliyev Yeni il təbrikində ölkədə bütün sahələrdə uğurlu inkişaf olduğunu bəyan edib.