“Müstəqil olmaq hələ azad olmaq deyil. Görünür, azadlıq üçün də bu millət böyük mübarizə yolu keçməlidir”
Tarix elmləri doktoru, professor Cəmil Həsənli Amerikanın Səsi radiosuna müsahibəsində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 95-ci ildönümü, 1918-ci il mayın 28-də elan edilmiş Azərbaycan hökuməti ilə indiki hökumət arasında fərqli cəhətlərdən danışıb.
Alim hesab edir ki, Azərbaycanın demokratik parlament imici hələ də Xalq Cümhuriyyəti dövründə qalır, türkçülük, korrupsiyaya qarşı mübarizə fəaliyyəti də cümhuriyyət dövrünə aiddir.
Cümhuriyyət dövründə Cənubi Azərbaycanda (İran) çoxsaylı baş konsulluq, konsulluqlar fəaliyyət göstərib. İndi isə müstəqilliyin bərpasından 20 il keçməsinə baxmayaraq Azərbaycanın yalnız Təbrizdə baş konsulluğu var.
Sual: Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 95-ci ildönümüdür. AXC-nin ideologiyası indi həyata keçirilirmi?
Cavab: Azərbaycan Xalq Cümhuriyyəti özü millətin ideallarından əmələ gəlmişdi. Bu cümhuriyyət 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində ölkədə gedən milliləşmə, dövlətləşmə və çağdaşlaşma prosesinin məntiqi yekunu idi. O dövr hümmətdən millətə tarixi keçid olmuşdu ki, bunun yekunu cümhuriyyət elan edilməsi ilə nəticələndi.
AXC elan olunmaqla ilk dəfə Azərbaycan kəlməsinə siyasi məzmun verdi. O zamanadək Azərbaycan kəlməsi bir coğrafi məkan mənasında, linqvistik mənada anlanırdı. AXC Azərbaycan kəlməsinə siyasi məzmun verdi. O dövrdən indiyədək Azərbaycan ideyası dünyaya təqdim olunur və bu ideyanın baş müəllifi də AXC və cümhuriyyəti elan edənlərdir.
Əlbəttə, Azərbaycan Cümhuriyyəti istiqlal amalları üzərində qurulmuşdu. 1991-ci ildə müstəqilliyin bərpa edilməsi AXC-nin ideallarının bərpa olunması istiqamətində dəyərləndirilə bilər.
Bununla bərabər AXC dövründə olan azadlıq və hürriyyətpərvərliyi bu gün müşahidə edə bilmirik. Apardığım müşahidələr nəticəsində gəldiyim qənaət ondan ibarətdir ki, müstəqil olmaq hələ azad olmaq demək deyil. Görünür azadlıq üçün də, bu millət böyük bir mübarizə yolu keçməlidir.
Sual: AXC-nin ideoloji xəttində Cənubi Azərbaycan var idi və əsas yerlərdən birini tuturdu. Bu gün İranda yaşayan azərbaycanlıların hüquqları ilə bağlı aparılan siyasət və AXC dövründəki siyasətin müqayisəli təhlili nə verir?
Cavab: 1919-cu ildən etibarən Cənubi Azərbaycanın şəhərlərində o dövrkü Azərbaycan Respublikasının baş konsulluğu, konsulluğu, konsul agentliyi kimi diplomatik idarələri açıldı. Bu gün yalnız Təbrizdə bizim baş konsulluğumuz var. Yəni indi müstəqilliyin 20 ilində olduğundan, həmin dövrdə Cənubi Azərbaycanda daha çox diplomatik idarələr qurulmuşdu. Həmin idarələr orada gedən prosesi izləyirdilər. Biz onların raportlarına baxanda görürük ki, milli kimlik məsələsi burada öz əksini tapır və milli oyanışa bir işarələr vardı.
Bu gün əlbəttə, dünya bir qədər fərqli dəyərlər üzərində qurulub. Cənubi Azərbaycanda gedən proseslər müdafiə olunmalıdır. Amma, söhbət insan haqlarından gedirsə, bizim özümüzdə də insan haqları addımbaşı pozulur.
Cənubi Azərbaycanda nəyəsə nail olmağın ən mühüm yolu müstəqil Azərbaycanın demokratik, modern, insan haqlarına hörmət və iqtisadi cəhətdən səmərəli inkişaf edən bir dövlətə çevrilməsidir. Bundan böyük təbliğat yoxdur. Əgər cənublu Azərbaycana gələrkən sərhəd gömrük məntəqəsindən Bakı metrosunadək əlaqədar təşkilatlar, şəxslər onun cibinə girəcəksə, buradan bir şey hasil olmayacaq. Amma, gəlib burada yaşadığı cəmiyyətdən daha azad, daha demokratik, daha inkişaf edən bir cəmiyyət görsə, əlbəttə bu böyük nümunədir. Bu halda onun səmərəli nəticəsi ola bilər.
Sual: Bu gün Azərbaycan parlamentində deputatlara İranla danışıqlarında ehtiyatlı olmaq çağırışı edilib. AXC parlamentində 11 fraksiya var idi, çoxfikirlilik var idi. Belə fikrin orada deyilməsi necə qarşılanardı?
Cavab: Bu günki parlament də daxil olmaqla, ümumiyyətlə postsovet dövründə formalaşan parlament, orada mən də deputat olmuşam, heç bir halda bizləri və bu parlamenti 1918-ci ildə qurulmuş parlamentlə müqayisə etmək olmaz. Onlar sözün tam mənasında milli mübarizə yolu keçmiş, millətin idealları uğrunda canlarını qoymuş və böyük həyat təcrübəsinə malik adamlar idi.
Onlar üçün hökuməti və parlamenti idarə etmək məqsəd deyildi, millətə xidmət nümunəsi idi. Hesab edirəm ki, içində yaşadığımız tarixə qədər Azərbaycan üçün parlament etalonu hələ ki arxadadır, o 1918-ci ildə qurulmuş parlamentdir. Bu
parlament 11 fraksiyanı, fərdin və millətin azadlığını özündə ehtiva edirdi, hökumət onun qarşısında hesabat verirdi, parlamentin rəyini alanda hökumət görəvdə olurdu.
Bunu isə indiki parlamentin əvvəla tərkibi haqqında demək olmaz. Heç bir halda indiki parlamentin tərkibini 1918-ci il parlamentinin tərkibi ilə müqayisə etmək olmaz. O biri tərəfdən, bu gün Azərbaycan parlamentinin hansı hüquqları var? Bu parlamentin hüquqları heç Prezident Administrasiyasının bir şöbəsi qədər deyil və bu gün parlament Azərbaycanda heç nəyi həll etmir.
Sual: AXC hökuməti ilə indiki hökumət təbii ki, fərqlidir. Amma AXC dövründə baş nazir qardaşı oğlunun korrupsiya faktına görə istefaya gedib. İndi isə Azərbaycan hökuməti daha çox korrupsiya ilə bağlı beynəlxalq və yerli təşkilatlar tərəfindən tənqid olunur. Müqayisəniz necədir?
Bu günki Azərbaycan hakimiyyəti rüşvət, korrupsiya faktına adaptasiya olub. Bunların üzünə deyirlər ki, filan yerdə korrupsiya, rüşvət faktı var, hökumət bütövlükdə korrupsiyanın içərisindədir. bunlar bu şeylərdən utanmırlar. Yəni, oğurluq və rüşvətə görə utanmaq hissini vəzifəli şəxslərin böyük bir hissəsi artıq itirib.
Bu da əlbəttə bir tərəfdən korrupsiyanın həcmi ilə bağlıdır, bir tərəfdən isə intellektsiz adamların hökumətdə təmsil olunması ilə bağlıdır. Çünki intellektsiz adamlarda bir az utanc hissi az olar. Onlar belə şeylərə elə də həssaslıqla yanaşmazlar.
Siz Xoyskini dediniz, mən ayrı nümunə deyim. Baş nazir Nəsib bəy Usubbəyov
atasına məktub yazıb ki, ailəmi dolandırmağa əmək haqqım çatmır, uşaqlar korluq çəkirlər, xahiş edirəm bizə bir az pul göndər. Büdcə, xəzinə, ölkənin milli sərvətləri hökumətin əlində, onun baş naziri atasına yazır ki, bir az mənə pul göndərin. Haradadır belə nümunə? Bu günki nazirlərimizin içərisində belə əxlaq sahibini tapa bilərsən? Tamam fərqli meyarlardır. O adamlar o zaman AXC-ni yaratmaq üçün əvvəllər qazandıqları zənginlikləri də o dövlətin qurulmasına xərcləyib. İndi isə böyük korrupsiyaya çatmaqdan ötrü böyük vəzifə tutmaq lazımdır.
Sual: Xalq Cümhuriyyəti dövründə və indi türkçülüyə münasibət necədir?
Cavab: Xalq Cümhuriyyəti bütövlükdə türkçülük üzərində qurulmuşdu. Bir tarixi proses var idi, - islam ümmətçiliyindən türk millətçiliyinə keçid. Xalıq Cümhuriyyəti bu keçidin məntiqi yekunu kimi qurulmuşdu və onun ilk qanunlardan biri 1918-ci ilin iyununda qəbul etdiyi türk dili qanunu olmuşdu. O ideallar bayraqda da öz əksini tapıb, türkləşmək, müasirləşmək və islamlaşmaq. Həmin dövrdə milli ideyaya gedən yol, mili dildən keçirdi. Azərbaycan Xalq Cümhuriyyəti türk düşüncəsi üzərində
qurulmuşdu.
Bu gün mən onu deyə bilmərəm. Hətta bir az ağır da olsa deyə bilərəm ki, Sovet dövründə Azərbaycan hökuməti daha çox Azərbaycan dilli idi, nəinki bu günki Azərbaycan hökuməti.
Alim hesab edir ki, Azərbaycanın demokratik parlament imici hələ də Xalq Cümhuriyyəti dövründə qalır, türkçülük, korrupsiyaya qarşı mübarizə fəaliyyəti də cümhuriyyət dövrünə aiddir.
Cümhuriyyət dövründə Cənubi Azərbaycanda (İran) çoxsaylı baş konsulluq, konsulluqlar fəaliyyət göstərib. İndi isə müstəqilliyin bərpasından 20 il keçməsinə baxmayaraq Azərbaycanın yalnız Təbrizdə baş konsulluğu var.
Sual: Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 95-ci ildönümüdür. AXC-nin ideologiyası indi həyata keçirilirmi?
Azərbaycan Cümhuriyyəti istiqlal amalları üzərində qurulmuşdu.
AXC elan olunmaqla ilk dəfə Azərbaycan kəlməsinə siyasi məzmun verdi. O zamanadək Azərbaycan kəlməsi bir coğrafi məkan mənasında, linqvistik mənada anlanırdı. AXC Azərbaycan kəlməsinə siyasi məzmun verdi. O dövrdən indiyədək Azərbaycan ideyası dünyaya təqdim olunur və bu ideyanın baş müəllifi də AXC və cümhuriyyəti elan edənlərdir.
Görünür azadlıq üçün də, bu millət böyük bir mübarizə yolu keçməlidir.
Bununla bərabər AXC dövründə olan azadlıq və hürriyyətpərvərliyi bu gün müşahidə edə bilmirik. Apardığım müşahidələr nəticəsində gəldiyim qənaət ondan ibarətdir ki, müstəqil olmaq hələ azad olmaq demək deyil. Görünür azadlıq üçün də, bu millət böyük bir mübarizə yolu keçməlidir.
Sual: AXC-nin ideoloji xəttində Cənubi Azərbaycan var idi və əsas yerlərdən birini tuturdu. Bu gün İranda yaşayan azərbaycanlıların hüquqları ilə bağlı aparılan siyasət və AXC dövründəki siyasətin müqayisəli təhlili nə verir?
Cənubi Azərbaycanın şəhərlərində o dövrkü Azərbaycan Respublikasının baş konsulluğu, konsulluğu, konsul agentliyi kimi diplomatik idarələri açıldı.
Bu gün əlbəttə, dünya bir qədər fərqli dəyərlər üzərində qurulub. Cənubi Azərbaycanda gedən proseslər müdafiə olunmalıdır. Amma, söhbət insan haqlarından gedirsə, bizim özümüzdə də insan haqları addımbaşı pozulur.
Cənublu gəlib burada yaşadığı cəmiyyətdən daha azad, daha demokratik, daha inkişaf edən bir cəmiyyət görsə, əlbəttə bu böyük nümunədir
Sual: Bu gün Azərbaycan parlamentində deputatlara İranla danışıqlarında ehtiyatlı olmaq çağırışı edilib. AXC parlamentində 11 fraksiya var idi, çoxfikirlilik var idi. Belə fikrin orada deyilməsi necə qarşılanardı?
Onlar üçün hökuməti və parlamenti idarə etmək məqsəd deyildi, millətə xidmət nümunəsi idi.
Onlar üçün hökuməti və parlamenti idarə etmək məqsəd deyildi, millətə xidmət nümunəsi idi. Hesab edirəm ki, içində yaşadığımız tarixə qədər Azərbaycan üçün parlament etalonu hələ ki arxadadır, o 1918-ci ildə qurulmuş parlamentdir. Bu
Heç bir halda indiki parlamentin tərkibini 1918-ci il parlamentinin tərkibi ilə müqayisə etmək olmaz.
Bunu isə indiki parlamentin əvvəla tərkibi haqqında demək olmaz. Heç bir halda indiki parlamentin tərkibini 1918-ci il parlamentinin tərkibi ilə müqayisə etmək olmaz. O biri tərəfdən, bu gün Azərbaycan parlamentinin hansı hüquqları var? Bu parlamentin hüquqları heç Prezident Administrasiyasının bir şöbəsi qədər deyil və bu gün parlament Azərbaycanda heç nəyi həll etmir.
Sual: AXC hökuməti ilə indiki hökumət təbii ki, fərqlidir. Amma AXC dövründə baş nazir qardaşı oğlunun korrupsiya faktına görə istefaya gedib. İndi isə Azərbaycan hökuməti daha çox korrupsiya ilə bağlı beynəlxalq və yerli təşkilatlar tərəfindən tənqid olunur. Müqayisəniz necədir?
u günki Azərbaycan hakimiyyəti rüşvət, korrupsiya faktına adaptasiya olub.
Cavab: AXC dövründə elə şeylə məşğul olmaq çox faciəvi hesab edilirdi. Belə bir fakt açıqlananda hökumət başçısı görəvdə qalmağı öz ləyaqətinə sığışdırmadı.
Bu günki Azərbaycan hakimiyyəti rüşvət, korrupsiya faktına adaptasiya olub. Bunların üzünə deyirlər ki, filan yerdə korrupsiya, rüşvət faktı var, hökumət bütövlükdə korrupsiyanın içərisindədir. bunlar bu şeylərdən utanmırlar. Yəni, oğurluq və rüşvətə görə utanmaq hissini vəzifəli şəxslərin böyük bir hissəsi artıq itirib.
Bu da əlbəttə bir tərəfdən korrupsiyanın həcmi ilə bağlıdır, bir tərəfdən isə intellektsiz adamların hökumətdə təmsil olunması ilə bağlıdır. Çünki intellektsiz adamlarda bir az utanc hissi az olar. Onlar belə şeylərə elə də həssaslıqla yanaşmazlar.
Siz Xoyskini dediniz, mən ayrı nümunə deyim. Baş nazir Nəsib bəy Usubbəyov
Baş naziri atasına yazır ki, bir az mənə pul göndərin. Bu günki nazirlərimizin içərisində belə əxlaq sahibini tapa bilərsən?
Sual: Xalq Cümhuriyyəti dövründə və indi türkçülüyə münasibət necədir?
Azərbaycan Xalq Cümhuriyyəti türk düşüncəsi üzərində qurulmuşdu.
Sovet dövründə Azərbaycan hökuməti daha çox Azərbaycan dilli idi, nəinki bu günki Azərbaycan hökuməti.