Bostonda keçən həftə marafon zamanı bomba hücumları və şübhəlilərin axtarış əməliyyatından sonra həyat tədricən normal məcraya qayıdır. Təhqiqatçılar hücumlarının motivlərini araşdırmağa davam edir.
Şəhər sakinləri Boston marafonu zamanı bomba hücumları nəticəsində həlak olan Massuçusets Texnologiya İnstitutunun təhlükəsizlik xidmətinin zabiti Şon Koliyerin dəfn mərasimində iştirak ediblər.
Paytaxt Vaşinqtonda isə ABŞ qanunvericiləri federal hüquq-mühafizə orqanları arasında məlumatların bölüşdürülməsi məsələsilə əlaqədar narahatlıqlarını ifadə ediblər.
Senator Lindsi Qraham bildirib ki, Federal Təhqiqat Bürosu ona bomba hücumlarını törətməkdə şübhəli bilinən Tamerlan Tsarnayevin keçən il Dağıstan və Çeçenistana səfər edəcəyini bilmədiyini deyib.
Daxili Təhlükəsizlik naziri Canet Napolitano məsələni Senatın Kəşfiyyat Komitəsində müzakirə edib. “O, Birləşmiş Ştatları tərk edən zaman sistemdə siqnallar işləmişdi. O qayıdanda artıq bütün təhqiqatlar aparılmışdı və iş bağlanmışdı”-deyə o bildirib.
Bomba hücumlarında şübhəli bilinən Tamerlan Tsarnayevin həyat yoldaşının vəkili tərəfindən mətbuat üçün açıqlanan bəyanatında deyilir ki, o, rəsmilərə yardım etməyə hazırdır.
Federal Təhqiqat Bürosu Tamerlan Tsarnayevi 2011-ci ildə Rusiyanın müraciətinə əsasən sorğu-sual etmiş, lakin onun o zaman terrorizmlə bağlı olduğunu aşkar edə etməmişdi.