Azərbaycanda hazırda 142 siyasi məhbus işi meydana çıxıb
Ümumdünya İnsan Hüquqları günündə İnsan Hüquqları Klubu (İHK) Azərbaycanda davam edən geniş və sistematik insan hüquqlarının pozulmasından öz dərin narahatçılığını bir daha bəyan edir.
İnsan Hüquqları Klubu Ümumdünya İnsan Hüquqları Günü ilə əlaqədar bəyanatla çıxış edib:
“Fundamental azadlıqların presedentsiz olaraq boğulması nəticəsində hazırda ölkədə 142 siyasi məhbus var.
İHK Azərbaycan hakimiyyətini bütün siyasi məhbusların azadlığa buraxılması da daxil olmaqla vəziyyətin yaxşılaşdıırlması üçün təxirəsalınmaz, konkret addımlar atmağa çağırır.
İHK beynəlxalq ictimaiyyəti də Azərbaycan hakimiyyətini insan hüquqları sahəsindəki öhdəliklərinə məsuliyyətli yanaşmağı məcbur edəcək addımlar atmağa çağırır”, deyə bəyanatda qeyd olunur.
Sənəddə deyilir ki, bu ilin oktyabrında Azərbaycanda keçirilmiş prezident seçkiləri ərəfəsində və sonra hakimiyyət tənqidi və başqa cür düşünən bütün səslərin boğulmasını həyata keçirib. İfadə, sərbət toplaşmaq və birləşmək azadlıqları xüsusən məhdudlaşdırılıb. İnsan haqlarının hazırkı vəziyyəti olduqca narahatedicidir.
Davam edən pozuntular nəticəsində Azərbaycanda hazırda 142 siyasi məhbus işi meydana çıxıb ki, bu siyahıya jurnalistlər, bloqçular, hüquq müdafiəçiləri, ictimai və siyasi fəallar, dindar fəallar və öz fundamental hüquqlarından istifadə edən sadə vətəndaşlar daxildir.
Qeyri-hökumət təşkilatları (QHT) üçün mühit olduqca narahatedicidir, belə ki, ölkədə mövcud olan həqiqətən müstəqil və tənqid edən QHT-lər təzyiq altındadırlar.
Son dövrlər ərzində bir sıra mürtəce qanunvericilik dəyişiklikləri qəbul edlmişdir ki, bunlar QHT-lərin ianələr əldə etmək imkanlarını, nəticədə onların fəaliyyətini məhdudlaşdırmış və hakimiyyət üçün “təhlükəli” hesab edilən vətəndaş cəmiyyəti təşkilatlarını asanlıqla bağlamaq imkanları yaratmışdır.
QHT-lərin qeydiyyatı məsələsi siyasiləşmiş olaraq qalır, İHK də daxil olmaqla təxminən 1000-ə qədər QHT dövlət tərəfindən qeydiyyata alınmır. Parlament hazırda Azərbaycanda xarici QHT-lərin qeydiyyatı və fəaliyyətini daha çətinləşdirəcək dəyişiklikləri nəzərdən keçirir", bəyantda bildirlir.