Accessibility links

“Haqqı çək” rəsm karikatura və foto müsabiqəsi elan edilib


Art for Democracy kampaniyası
Art for Democracy kampaniyası

Müsabiqə ölkədə demokratiya və insan haqlarının təşviqinə xidmət edir

Art for Democracy kampaniyası noyabrın 4-dən “Haqqı çək” adı altında rəsm, karikatura və foto müsabiqəyə start verib. Müsabiqə kampaniya tərəfindən ilk dəfə təşkil edilir və müsabiqə təşkilatçıları rəssamların, fotoqrafların, karikaturistlərin və bu işlə məşğul olan bütün şəxslərin fəal iştirakına ümid edir. Bu barədə Amerikanın Səsinə İnsan Hüquqları Klubundan dildirblər.

Müsabiqədə iştirak etmək üçün hansı mövzularda işlər təqdim etmək lazımdı?

- Azərbaycanda insan hüquqları, demokratiya, ifadə azadlığı, mülkiyyət hüquqları, azad və ədalətli seçkilərin əhəmiyyəti, vətəndaş fəallığı;

- Gənclik və demokratiya, gənclərin demokratikləşmə prosesində iştirakının təşviqi, onların rolunun mövcudluğu və əhəmiyyəti;

- Sosial vəziyyət (işsizlik,təhsil,səhiyyə və s.), gələcəyə baxış (hər hansı bir formada cəmiyyətin və ya fərdlərin gələcəyinin təsviri) mövzuları.
İştirakçılar 15 yanvar 2014-cu il tarixinə qədər işlərini təqdim etməlidir.

“Demokratiya naminə İncəsənət” Bakı şəhərində fəaliyyət göstərən, 10 dekabr 2012-ci ildə yaradılmış İnsan Hüquqları Klubu tərəfindən həyata keçirilən bir kampaniyadır.

Özündən əvvəlki “Demokratiya naminə oxu” (Sing for Democracy) kampaniyasına əsaslanan “Demokratiya naminə İncəsənət” kampaniyası incəsənətin bütün formalarından istifadə etməklə Azərbaycanda insan haqları və demokratik islahatları təşviq etmək məqsədi daşıyır.
XS
SM
MD
LG