Almaniya, Türkiyə, Rusiya, Kanada və digər ölkələrdə də “5 qəpik” kampaniyasına dəstək üçün ianə toplanır
Bakıda əsgər ölümlərinə qarşı keçirilmiş aksiyaya görə cərimələnən şəxslərə dəstək məqsədilə təşkil olunan “5 qəpik” kampaniyası davam edir.
Aksiyanın təşkilatçılarından Nərmin Rəhimli Amerikanın Səsi radiosuna bildirib ki, yanvarın 17-si axşam saatlarına olan məlumata görə 5 min manatdan çox ianə toplanıb.
“İndiyədək 10 mindən çox beş qəpiklik toplanıb. Amma digər əskinaslarla da inaə edənlər var. Bu gün AXCP-nin Səbayel rayon təşkilatı 2000 ədəd 5 qəpiklik ianə toplayıb”, o qeyd edib.
İanə edənlərin əksəriyyəti gənclər olsa da, yaşlı nəslin nümayəndələri də ianə toplamağa və etməyə başlayıb. Kampaniyaya qoşulanlar arasında müxtəlif qəzetlərin, ticarət mərkəzlərinin, universitetlərin kollektivləri, Azərbaycanın tanınmış hüquqşünasları var.
Hazırda Almaniya, Türkiyə, Rusiya, Kanada və digər ölkələrdə də “5 qəpik” kampaniyasına dəstək üçün ianə toplanır. Almaniyada yaşayan gənc fəallar artıq 2 gün ərzində 315 Avro toplayıb.
Kampaniya hər gün saat 20.00-a kimi davam edir. İanələr Nizami metrosu yaxınlığında Murtuza Muxtarov 149 ünvanında yerləşən “Müsbət Dəyişiklik” Gənclər Hərəkatı ofisində (tel: 5964447, 0515882417) və bank vasitəsi ilə (Mustafayev Tehran Telman oğlu - Bank Respublika Hesab (IBAN) AZ75BRES00381184000729625601 (SWIFT - BRESAZ22)) toplanır.
Azərbaycan məhkəmələri “Əsgər ölümünə son!” şüarı ilə yanvarın 12-də keçirilən etiraz aksyası ilə əlaqədar yüksək məbləğə cərimələnən 20-dən çox gəncin cərimələrinin ödənilməsi məqsədi ilə “5 qəpik” aksiyasına başlayıb. Məhkəmələr gəncləri 10500 manat cərimə edib.
Ötən ilin sonunda Milli Məclis icazəsiz aksiyalarda iştiraka görə cərimələrin miqdarının 10 dəfələrlə qaldırlması barədə qanuna dəyişiklik edib. Prezident İlham Əliyev qanunu imzalayıb və sənəd 2013-cü il yanvarın 1-də qüvvəyə minib.
“5 qəpik” aksiyası həm də cərimələrin miqdarının artırılmasına etiraz, toplaşmaq azadlığının təmin edilməsinə dəstəkdir.