Accessibility links

Əli Kərimli: "Azərbaycan hökumətinin belə qəddar, sərt rəftarının kökünü 12 yanvar aksiyasının uğurlarında axtarmaq lazımdır."


AXCP sədri Əli Kərimli 12 yanvar aksiyasının nəzarət altına alınmış iştirakçılarının cərimələnməsinə münasibət bildirib.

Ümummilli tələblər və məqsədlərlə keçirilmiş, olduqca humanist, millətə lazım olan bir aksiyaya qarşı görünməmiş şərtlik nümayiş etdirilib. Əksəriyyəti gənc olan, işsiz olan bu insanların 600 manat cərimələnməsi nə deməkdir?

“Ümummilli tələblər və məqsədlərlə keçirilmiş, olduqca humanist, millətə lazım olan bir aksiyaya qarşı görünməmiş şərtlik nümayiş etdirilib. Əksəriyyəti gənc olan, işsiz olan bu insanların 600 manat cərimələnməsi nə deməkdir? Onlar heç hökumətə qarşı bir şüar belə səsləndirməmişdi. Onlar əsgər ölümlərinə, qanunsuzluqlara son qoyulmadını istəmişdi. Kim buna qarşıdır? Kimin mənafeyinə ziddir bu şüarlar? Azərbaycan hökumətinin belə qəddar, sərt rəftarının kökünü 12 yanvar aksiyasının uğurlarında axtarmaq lazımdır. Aksiya dünya görüşündən fərqli olmayaraq, ən müxtəlif siyasi spektlərə aid olan gəncləri bir tələb, bir məqsədlə bir araya gətirib.”

please wait

No media source currently available

0:00 0:05:49 0:00
Direct link

Şənbə günün 2000-ə yaxın adam Bakının mərkəzində etiraz aksiyası keçirərək döyülərək öldürüldüyünə inanılan əsgərin olümünə etiraz edib.

Amnesty International-ın yazdığına görə hərçənd ki, etiraz aksiyasını heç bir siyasi partiya təşkil etməyib, 50-yə yaxın müxalifət fəalı polis tərəfindən hədəf alınaraq tutulub.

Tutulanlardan azı 22 nəfəri 380-760 ABŞ dolları arasında cərimələniblər. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə Bakıda orta aylıq maaş 513 ABŞ dollarıdır.

"Bu yaxınlarda bir neçə vicdan məhbusunu azadlığa buraxmasına baxmayaraq Azərbaycan hökuməti öz etirazlarını dinc şəkildə ifadə edən müxalifət fəallarını həbs etməkdə davam edir," deyə Amnesty International-ın Avropa və Orta Asiya üzrə direktoru Con Dalhuysen bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG