Barak Obama Rusiya prezidenti Dmitri Medvedevlə telefon söhbəti aparıb

  • Amerikanın səsi

Barak Obama Rusiya prezidenti Dmitri Medvedevlə telefon söhbəti aparıb

ABŞ prezidenti Barak Obama Rusiya prezidenti Dmitri Medvedevlə telefon söhbəti zamanı mübahisəli parlament seçkiləri məsələsinə toxunub. Ağ Evin bəyanatında deyilir ki, cənab Obama seçkilərdə saxtakarlıqlara yol verildiyi barədə məlumata malik olduğunu bildirib və prezident Medvedevin nəticələri araşdırlmasına dair göstərişini alqışlayıb.

ABŞ prezidenti seçkilərə etiraz olaraq nümayişlər keçirilməsinə icazə verildiyini də salamlayıb.

Ötən şənbə günü 20,000 insanın iştirakı ilə Moskvada nümayiş keçirilmişdi.

Barak Obama Ümumdünya Ticarət Təşkilatına üzvlük dəvəti almasına görə Rusiyanı təbrik edib.