Accessibility links

Rusiya Beynəlxalq Valyuta Fonduna yardım göstərməyə hazır olduğunu bəyan edib


Rusiya Beynəlxalq Valyuta Fonduna yardım göstərməyə hazır olduğunu bəyan edib
Rusiya Beynəlxalq Valyuta Fonduna yardım göstərməyə hazır olduğunu bəyan edib

Rusiya avrozonada iqtisadi sabitliyin bərqərar edilməsi məqsədi ilə Beynəlxalq Valyuta Fonduna 10 milyard dollar məbləğində yardım göstərməyə hazır olduğunu bəyan edib. Yardım vədi Rusiya prezidenti Dmitri Medvedev tərəfindən Brüsseldə keçirilən Avropa İttifaqı-Rusiya sammitində səslənib. Medvedev bildirib ki, valyutasının 41 faizini avro təşkil edən Rusiya Avropa İttifaqının güclü iqtisadiyyat və siyasi qüvvəyə malik olmasını istəyir. Bugünkü sammitin iştirakçıları arasında Avropa İttifaqının prezidenti Herman Vam Rompuy, Avropa İttifaqı Komissiyasının sədri Manuel Barroso da olub.

Ötən həftə ittifaqa üzv ölkələr Beynəlxalq Valyuta Fonduna 200 milard dollar məbləğində kredit ayrılacağına söz verib.

XS
SM
MD
LG