Barak Obama bir daha Konrqesi iş yerlərinin açılmasına dair planı təsqid etməyə çağırıb

  • Amerikanın səsi

Barak Obama bir daha Konrqesi iş yerlərinin açılmasına dair planı təsqid etməyə çağırıb

ABŞ prezidenti Barak Obama bir daha Konrqesi iş yerlərinin açılmasına dair planı təsqid etməyə çağırıb. Ağ Evdə müxbirlərlə danışan cənab Obama müəllimlər, yanğısöndürənlər, polis zabitləri və inşaatçıların işlərinə qayıtmasının vacibliyini önə çəkib. O, iqtisadiyyatın həssaslığını vurğulayaraq, siyasətçilərin fəaliyyət sahəsinə müdaxilə etməsinin yanlış olduğunu deyib. ABŞ dövlət başçısı bildirib ki, təcili ölçülər götürülməsə, Avropa iqtisadiyyatı Amerikaya mənfi təsirini göstərəcək. Respublikaçı qanunvericilər planın bəzi müddəaları ilə razılaşsalar da, onun tam şəkildə təsdiqi gözlənilmir.