Barak Obama: Bəşar əl-Əsəd legitimliyini itirir!

  • Amerikanın səsi

Barak Obama: Bəşar əl-Əsəd legitimliyini itirir!

ABŞ prezidenti Barak Obama deyir ki, Suriya prezidenti Bəşar əl-Əsəd xalqının gözlərində legitimliyini itirir. Prezident Obamanın bu bəyanatı dövlət katibi Hillari Klintonun bir gün əvvəl verdiyi bəyanatın tonu ilə üst-üstə düşür.

“Biz əvvəldən aydın etmişik ki, Suriya rejiminin öz xalqına qarşı törətdiyi qəddarlıqlar qəbuledilməzdir. Biz o mesajı da göndərmişik ki, heç kəs bizim səfirliyimiz ətrafında hoqqa çıxara bilməz və biz öz səfirliyimizi qorumaq üçün lazımi ölçülər götürəcəyik. Lakin daha geniş mənada belə görünür ki, prezident Əsəd xalqın gözündə legitimliyini itirir və buna görə də biz beynəlxalq ictimaiyyətlə birgə Suriya real dəyişikliklər həyata keçirmək üçün təzyiqi artırırıq,” deyə prezident Obama bildirib.

Suriya hökuməti ABŞ dövlət katibi Hillari Klintonun oxşar bəyanatını sərt tənqid edərək bunun Suriyanın daxili işlərinə kobud müdaxiləyə daha bir nümunə olduğunu söyləyib.