Yasamal Məhkəməsinin “Azadlıq” qəzetinin bank hesablarına həbs qoyulması barədə qərarından məhkəməyə şikayət olunub. Qəzetin vəkilləri 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edərək “Azadlıq”ın Beynəlxalq Bankın Səbayel filialında olan bank hesabına qoyulmuş həbsin götürülməsinə dair qərardad qəbul edilməsini xahiş edib. Bu barədə Media Hüququ İnstitutu məlumat yayıb.
Yasamal Məhkəməsi oktyabrın 24-də “Azadlıq” qəzetinin Beynəlxalq Bankın Səbayel filialındakı hesabına həbs qoyulması barədə qərar qəbul edib. Həbs qərarı Binə Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədovanın “Azadlıq” qəzetinə qarşı iddiası üzrə çıxarılan məhkəmə qərarı ilə əlaqədardır. Həmin qərara görə, “Azadlıq”, eləcə də qəzetin əməkdaşı Ramin Deko Kəbirə Məmmədovaya 32 min manat təzminat ödəməlidir. Yasamal Məhkəməsinin bu qərarı oktyabrın 14-də icraya yönəldilib.
Qəzetin vəkilləri qərarın icraya yönəldilməsindən şikayət versələr də məhkəmə “Azadlıq”ın hesabına həbs qoyub.
“Azadlıq”ın hüquqlarını Media Hüququ İnstitutunun vəkilləri müdafiə edir.
Vəkillər hesab edir ki, təzminatın ödənilməsini təmin etmək məqsədilə qəzetin bank hesabına həbs qoyulması qanuni deyil.