Bu gün gənc fəal Bəxtiyar Hacıyev Facebook statusu vasitəsilə prezident İlham Əliyevin Brüsseldə səsləndirdiyi sözlərə ironik şəkildə haqq qazandıraraq Azərbaycanda siyasi məhbus olmadığını deyib. “Olsaydı, indiyə qədər onların azad olunması tələbi ilə heç olmasa, 20-ci sahədə icazəli aksiya keçirilərdi” – deyə keçmiş vicdan məhbusu bildirib. Bəxtiyar Hacıyev 7 üzvü həbs olunmuş NİDA VH-nin icazəli aksiyaya çıxmağa 500 tərəfdaşı, prezidentliyə namizəd irəli sürən REAL-ın öz sədrinin azadlığını tələb edəcək 1000 tərəfdaşı və başqan müavininin azadlığını istəyəcək 1000 Müsavat üzvünün olub-olmamasını sual edib: “Varsa, niyə təşkil olunmur bir icazəli aksiya? Yoxdursa, sözüm də yoxdur”.
Bu fikirlər ictimai və siyasi fəallar tərəfindən birmənalı qarşılanmayıb. Gənc fəalın fikir ayrılıqlarına yol açan Facebook statusu və eləcə də prezident seçkiləri öncəsi ölkədəki ictimai-siyasi durumu müzakirə etmək üçün bu həftə Sərbəst Kürsüyə gənc fəal Bəxtiyar Hacıyevi dəvət etmişik. İyunun 27-si Bəxtiyar Hacıyev sizin suallara canlı olaraq cavab verib. Forumu sizə təqdim edirik:
Emil Quliyev [moderator]: Salam Bəxtiyar bəy, Sərbəst Kürsüyə xoş gəlmisiniz
Bəxtiyar Hacıyev: Salam Emil bəy,
Dəvətinizə görə təşəkkür edirəm və bütün Amerikanın Səsi dinləyicilərini, saytınızın ziyarətçilərini salamlayıram.
Emil Quliyev: Bəxtiyar bəy, ilk sualı "Ikram Jalil" adlı oxucumuz göndərib. O yazır:
- Salam Bəxtiyar bəy, necəsiniz? İlk sualım belədir: Sizcə prezident seçkilərində müxalifətin vahid namizəd ideyası real olaraq iqtidar üçün təhlükə yarada biləcəkmi? 2. Sizcə bu gün bütün müxalifəti ətrafında toplaya biləcək potensiala malik konkret namizəd varmı?
Cavab: Salam İkram bəy, təşəkkürlər, siz necəsiniz?
1) Hər zaman müdafiə etdiyim bir fikir var və o fikri təkrarlamaq istəyirəm: Müxalifət seçkilərə çox namizədlə getsə, qələbə şansını dəfələrlə azaldacaq. Əksinə, vahid namizədlə getdiyi seçkidə qələbə şansını da artıracaq. Seçiciyə sadə seçim təqdim etmək lazımdır: iqtidardan narazıların namizədi iqtidardan razıların namizədinə qarşı.
2) Bütün müxalifəti ətrafında toplaya bilməsə də, digər müxalif namizədlərdən fərqlənəcək və qələbə qazanmaq potensialı olan namizəd var. Sadəcə olaraq, Milli Şura və iki illik keçid hökümətinin qurulması ideyasına görə, çox güman ki, həmin şəxs namizəd olmayacaq.
Sual [Rüfət Həsənov]: Salam Bəxtiyar bəy! Sizin fəaliyyətinizi davamlı izləyirəm və çox bəyənirəm. Özüm, dostlarım və ailəm adından deyim ki, hər zaman sizə dəstək verməyə hazırıq. Sizə bir neçə sualım var:
Milli Şura yarananda hamı istəyirdi ki, siz və REAL da orada olasınız. Bildiyimə görə Milli Şura rəhbərliyi də sizin orada olmağınızı istəyirdi. Siz isə müsahibənizdə dediniz ki, Milli Şuraya Qərbdən dəstək yoxdur. Siz dəyişiklikləri Qərbdən gözləyirsiniz ki?
Bir də Müsavat Gənclər Təşkilatının sizə qarşı iddialarını izlədim. Onları nə narahat etmişdi? Niyə özünüzü onlara cavab verməyə məcbur hiss edirdiniz, bəlkə heç cavab verməyəydiniz?
Cavab: Salam Rüfət bəy,
Dəstəyinizə və xoş sözlərə görə təşəkkürlər.
1) Müsahibələrimdə “Milli Şuraya Qərbdən dəstək yoxdur” deməmişəm. Bildirmişəm ki, Milli Şuraya dəvət mənə ABŞ səfərimdən əvvəl gəlib və ABŞ-da olduğum müddətdə bu təşəbbüsə xüsusi maraq hiss etməmişəm. Mən Azərbaycanda demokratik dəyişikliyin Azərbaycan xalqının iradəsi ilə baş verəcəyinə inanıram. Lakin istər xalqın iradəsi ilə, istərsə də digər hallarda hakimiyyət dəyişikliyi böyük dövlətlərin də maraqlarına təsir etdiyinə görə, onların da bu dəyişiklikdə kritik əhəmiyyəti var. Seçkilərə çox az vaxt qalıb və seçki ilində həm beynəlxalq güclərin, həm də əhalinin əhəmiyyətli bir hissəsinin narazılığına baxmayaraq, nə beynəlxalq güclər, nə də əhali hakimiyyət dəyişikliyi tələbini ortaya qoymayıb. Keçirdiyim görüşlərdə, müşahidələrimdə mən belə bir tələbi, təcili hakimiyyət dəyişikliyi istəyini hiss etməmişəm.
2) Müxalifət liderlərindən ətraflarındakı gənclərin təhsilinə əhəmiyyət verməyi gözlədiyimi bildirmişdim. Bildirmişdim ki, gənclər nə qədər təhsilli olsalar, nə qədər əsaslı tənqidlər etsələr, sabah kölgə kabineti siyahıları çıxanda, xalq indiki hakim komandanın kadrları ilə müqayisə edəndə, onlara ağız büzməz. Bu fikirlər bəzi dostlarımızın xətrinə dəymişdi və onlar elə hakimiyyətin müxalifətə qarşı istifadə etdiyi ucuz metodlarla, fotomontajlarla bir qara-PR kampaniyasına başladılar. Mənim cavabım və narahatçılığım isə onların bu addımı yox, bu addımları sakitliklə müşahidə edən Müsavat başqanına idi. Müsavat başqanı öz çevrəsindəki gənclərə izah etməli idi ki, bizim dost və resurs qazanmaq vaxtımızdır, dost, insan itirən vaxtımız deyil. Amma o, bunu etmədi. Ona görə də, mən Müsavat Gənclər Təşkilatına və onların bu qara kampaniyasını səssiz izləyən İsa bəyə cavab verdim.
Sual [Samirə Rəhimova]: İlqar Məmmədovun prezidentlliyə namizədliyini necə qiymətləndirirsiniz? Müxalifətin yeni siması kimi ona səs verərdinizmi?
Cavab: Salam Samirə xanım,
Düşünürəm ki, İlqar Məmmədov namizəd kimi azadlıqda olsaydı, bu il keçiriləcək seçkilərə yeni nəfəs gətirə bilərdi. Hazırda onun həbsdə olması, seçki kampaniyasında onun aktiv iştirak edə bilməməsi ciddi problemdir. Bütün problemlərə baxmayaraq, onun sədri olduğu REAL hərəkatı İlqar Məmmədovun seçki qərargahını yaradıb. Zaman-zaman mən də o qərargahın üzvləri ilə görüşür və onlara seçki texnologiyaları və s. baxımından kömək etməyə çalışıram.
İlqar Məmmədova tezliklə azadlıq arzu edirəm və “Allah qapısını açsın” deyirəm.
Sual [Togrul Suleymanov]: Salam. Mənim Bəxtiyar bəyə 2 sualım olacaq:
1)Siz inanırsınız ki,yaxın gələcəkdə Azərbaycanda demokratiya olacaq ve korrupsiya yoxa çıxacaq?
2)Nədən siz həbsdən çıxandan sonra cəmiyyətdən aralı düşmüsünüz?Ola bilərmi ki, təzyiqlər var və ya üzərinizə nəsə ayrı bir öhdəlik götürmüsünüz?
P.S. mən nə müxalifət, nə də iqtidar partiyalarının üzvü deyiləm. Sadəcə demokratiya istəyən gənc sahibkaram.
Cavab: Salam Toğrul bəy, 1) Müşahidə edirsinizsə, dünyanın bir çox ölkələrində, o cümlədən uzun illər avtoritar üsullarla idarə edilən dövlətlərində demokratik dəyişikliklər baş verir. Bu dalğa dünyanın bir bölgəsindən digərinə, bir dövlətindən digərinə yayılır. Azərbaycanda da bu proseslər baş verəcək. Əminəm ki, Azərbaycanda da azad, demokratik, şəffaf, ədalətli bir cəmiyyət qurulacaq. Sadəcə, çox istərdim ki, bu keçid sürətli, ağrısız və itkisiz olsun. 2) Sizə elə görünə bilər ki, cəmiyyətdən aralı düşmüşəm. Bir çox insan yalnız öz çevrəsinə baxır və düşünür ki, cəmiyyət elə onun çevrəsindən ibarətdir. Bir çox siyasi partiyalar, gənclər təşkilatları da bu tələyə düşürlər. Səhər öz dostları ilə görüşürlər, günorta onlarla yemək yeyirlər, axşam çay və ya pivə içirlər və elə düşünürlər ki, bütün cəmiyyət onların düşündüklərini düşünür. Mən isə, çalışıram ki, bacardığım qədər fərqli çevrələrlə ünsiyyət qurum. Siyasi baxımdan aktiv olmayan çevrələri də dinləyim, müəyyən proseslərə cəlb edim. Çünki, ictimai rəy baxımından da, ciddi demokratik dəyişikliklər baxımından da o çevrələrin müstəsna rolu var. Məhz buna görə sizə elə görünə bilər ki, mən cəmiyyətdən aralı düşmüşəm.
Sual [İlkin]: Salam, Bəxtiyar.
Milli Şura nə etməlidi ki, Bəxtiyar ona üzv olsun?
Təşəkkür edirəm.
Cavab: Salam İlkin bəy,
Milli Şura mənim bu şuraya üzv olmağım üçün xüsusi heç nə etməməlidir. Orada dəyər verdiyim, məni bu quruma dəvət edən və bu gün də hörmət etdiyim, xoş ünsiyyətdə olduğumuz insanlar var.
Düşünürəm ki, Milli Şura qələbə qazanacaqsa, mənsiz də qələbə qazanacaq. Bu qələbədə hər hansı bir əhəmiyyətli töhfəm ola bilərsə, zamanı gələndə mən də Milli Şuraya qoşula vəya dəstək verə bilərəm. Hazırda orada olmağımın ciddi bir dəyişikliyə səbəb olacağına, xüsusi bir töhfə verəcəyinə inanmıram.
Sual [Rafo]: Ey hörmətli müəllim bir bizi başa sal görək sən niyə Emin Millilik edib lazımsız suallarla camaatın sadə həyatına mane olursan? Başını aşağı sal, o birilər necə sən də elə qrantını al da, arada bir də şəkildən çəkdir özünü reklam elə. Bir taylarına bax da, hamısı ildə neçə on minlərlə qrantdan alıb kef çəkirlər. Bir sənsən, bir də o Emin Milli düşmüsüz ortalığa qoymursuz camaat pulu qazansın. Bəsdirin də.
Cavab: Hörmətli Rafo bəy,
Əgər “lazımsız suallarla” ifadəsi ilə dünən icazəli aksiyalarla bağlı soruşduğum sualları nəzərdə tutursunuzsa, məncə, bu dəqiqə ən lazımlı suallar onlardır. Özüm siyasi baxışlarıma görə həbsdə olmuşam və çox yaxşı bilirəm ki, həbsdə olan şəxs kənardakılardan mənəvi dəstək, onların azadlığa buraxılması üçün kampaniyalar, aksiyalar keçirməklərini gözləyir. Bu mənəvi dəstəyə ehtiyac daha çox yay aylarında, həbsdə olmağın ən darıxdırıcı, sıxıcı vaxtlarında yaranır.
Həbsdə olan dostlarımız öz fəaliyyətləri ilə cəmiyyətdə ictimai-siyasi aktivliyi xeyli artırmışdılar və məhz ona görə də şərlənərək həbs edildilər. Bəs nə oldu? Biz niyə sakitləşdik? Niyə dostlarımızın çiyin-çiyinə mübarizə apardıqları şəxslər bir dəfə icazəli aksiya təşkil etmirlər? Axı doğrudan da biz bütün siyasi məhbusların tərəfdarlarını toplasaq, bir neçə min nəfərin iştirak edəcəyi bir icazəli aksiya keçirə bilərik. Düşünürəm ki, bu aksiyalar onları azadlığa çıxarmasa da, həbsdə onlara çox böyük mənəvi dəstək olar. Hakimiyyətə də ciddi mesaj olar. İndiki halda isə elə təəssürat var ki, artıq hamı dostlarımızın həbsi ilə barışıb.
Sual [Rauf Binnetov]: Salam Bextiyar ve Emil bey, öncəliklə sizi 26 iyun Azərbaycan Silahli Qüvvələrinin yaranması münasibətilə təbrik edirəm, bayramınız mübarək.
Mənim adım Raufdu Türkiyənin Qars şəhərində Qafqaz Dövlət Universitetinin Politologiya fakültəsinin 2-ci kurs telebesiyem. Amerikanin nufuzlu Harvard Universitetində magistratura təhsili almış biri olaraq xaricdə oxuyan gənclərin Azərbaycanın ictimai həyatındakı rolunu necə qiymətləndirirsiniz, sizcə onlar ölkənin ictimai həyatında aktiv rol oynayırlarmı?
Emil Quliyev [moderator]: Təşəkkür edirəm Rauf bəy, mən də sizi və eləcə də digər oxucularımızı Azərbaycanın Silahlı Qüvvələr Günü münasibətilə təbrik edirəm.
Bəxtiyar Hacıyev: Salam Rauf bəy,
Mən də sizi təbrik edirəm.
Hazırda məndə olan məlumata görə, Azərbaycandan kənarda dövlət, mübadilə proqramları vasitəsi ilə və öz hesabına təhsil alan on minlərlə gənc var. Getdiyim hər ölkədə, şəhərdə bu tələbələrlə görüşməyə, onların fikirlərini dinləməyə çalışıram. Bu tələbələrin arasında Azərbaycanın maraqlarını xaricdə qorumaqla yanaşı, Azərbaycanın gündəmini yaxından izləyən, Azərbaycanın ictimai həyatında aktiv rol oynayan şəxslər də var. Düşünürəm ki, Azərbaycanda müsbət dəyişiklik edəcək yeni bir nəsil yetişir.
Lakin, ümumi sayla müqayisə etdikdə, görünən odur ki, çox az tələbə bu fəallığı nümayiş etdirir. Xaricdə təhsil alan tələbələrimizin həm xaricdə Azərbaycan dövlətinin maraqlarını qorumaqları üçün, həm də daxildə Azərbaycan xalqının maraqlarını qorumaqları üçün daha da fəallaşması vacibdir. Burada gənclər təşkilatlarının, fəal gənclərin də üzərinə böyük məsuliyyət düşür.
Sual [Nail Mustafazade]: Salam Bextiyar bəy. Öncəliklə deyim ki, sizin fəaliyyətiniz daim izleyirem ve çox beyenirem. Azərbaycan siyasi arenasında dəstəklədiyim tək şexs sizsiniz. Sizə bir neçə sualım var.
1. Niye müxalifət partiyaları və təşkilatları kifayət qədər sosial aktivlik göstere bilmirler? Teşkilatçılıq zeifdir, yoxsa sosial baza yoxdur.
2. Milli Şuraya Qərbden dəstəyin olmaması onların Rusiya yönümlü olmasına işarədir?
3. Çağ öğretimin bu yaxınlarda SOCAR’la geniş əməkdaşlıq sazişi imzalaması sizcə Qafqaz Universitetinin ve digər Çağ qurumlarının fəaliyyetinde müsbet, yoxsa mənfi dəyişiklik yaradacaq? En esası bu halın Qafqaz Universitetinin Türkiye ile elaqelerini və Qərbə meylli olmasını zəiflətmək təhlükəsi varmı?
Öncəden təşəkkürlər.
Cavab: Salam Nail bəy,
Təşəkkürlər dəstəyə və xoş sözlərə görə.
1) Zənnimcə, sosial bazanın genişlənməsi üçün də təşkilatçılıq lazımdır. Hakimiyyət tərəfindən qoyulan məhdudiyyətləri də aşmağın alternativ yolları var. Məsələn, ilin əvvəlində icazəsiz aksiyalarda iştiraka görə böyük cərimələr tətbiq olundu ki, bu insanları aksiyalara getməkdən çəkindirsin. Bir qrup gənc isə buna cavab olaraq “5 qəpik” kampaniyası başlatdı, hansı ki, bu kampaniya 12 yanvar aksiyasından xəbəri olmayan insanlara da aksiyanın mesajını riski daha az, kreativ yollarla çatdırdı. Sosial bazanın genişlənməsi üçün daha kreativ yollar axtarılmalı və bu yolları tətbiq etməyə açıq olmaq lazımdır.
2) Qərb Azərbaycan hakimiyyətindən müəyyən qədər narazı olsa da, onu dəyişdirəcək qədər ciddi narazılığı yoxdur. Çünki, Azərbaycan hakimiyyəti Qərbin enerji və təhlükəsizlik məsələlərində maraqlarını təmin edir. Hakimiyyəti əvəz etməyə iddialı bütün qüvvələr anlamalıdırlar ki, onlar bütün suallara o qədər açıq cavablar qoymalıdırlar ki, Qərb onun enerji və təhlükəsizlik məsələlərində maraqlarını dəqiq təmin edən hakimiyyətin dəyişməsində və enerji, təhlükəsizlik, həm də demokratiya məsələlərində maraqlarını təmin edəcək bir komanda ilə əvəz etməsinə razı olsun. Əks halda, heç kim indiki müəyyənliyi, gələcək qeyri-müəyyənliyi dəyişməkdə maraqlı olmayacaq.
3) Çağ Öyrətim şirkəti Azərbaycanın inkişafına müstəsna töhfə vermiş bir şirkətdir. Azərbaycanın ən ağır günlərində ən ucqar kəndlərdən seçib təhsil verdiyi insanlar bu gün dünyanın ən nüfuzlu ali məktəblərində elmi fəaliyyətlə, beynəlxalq təşkilatlarda Azərbaycanın maraqlarını qorumaqla, dövlət və özəl qurumlarda ən fəal şəxslər kimi Azərbaycana xidmət etməklə məşğuldurlar. Bu şirkətin Dövlət Neft Şirkəti ilə imzaladığı saziş barədə xüsusi bir şey deyə bilməyəcəm. Sadəcə, ümid edirəm ki, bu əməkdaşlıq Çağ Öyrətimin Azərbaycana xidmət imkanlarını daha da genişləndirəcək.
Sual [Nergiz]: Salam Bextiyar Haciyev, sizə sualım: sizcə rüşvəti inkişaf etdirən biz özümüz deyilikmi?
Cavab: Salam Nərgiz xanım,
Heç kim istəməz ki, rüşvət alsın və ya versin. Rüşvət alınırsa və ya verilirsə, deməli sistemdə və sistemin idarə edilməsində problem var. Məsələn, bu gün 4 il bakalavr pilləsində, 2 il magistraturada təhsil almış, hərhansı bir rayondan gəlmiş gənc kadr dövlət qulluğunda 200-300 AZN maaş alırsa, ondan arayış alacaq vətəndaş isə lazımsız bürokratik əngəllərə görə günlərini itirəcəksə, vətəndaş gənc məmura dövlət rüsumunu nəğd ödəyirsə, vaxtını itirmək istəmirsə və gənc məmurun ailəsini saxlaması üçün əlavə gəlirə ehtiyacı varsa, biz bu şəxsləri qınamalıyıq, yoxsa sistemi?
Düşünürəm ki, korrupsiya ilə mübarizə aparılması üçün siyasi iradə olsa, sistemə çox asan texniki müdaxilələr etməklə çox ciddi nəticələr əldə etmək olar. Bu sahədə ən yaxşı nümunələrdən biri Ronald MacLeanın Boliviyada, La Pazda korrupsiya ilə apardığı mübarizə ola bilər. MacLeanın sistemə müdaxilə yolu ilə korrupsiya ilə effektiv mübarizəsi barədə ətraflı burada oxuya bilərsiniz: http://www.case.hks.harvard.edu/casetitle.asp?caseNo=1523.0
Sual [Hidayət Heydərov]: Salam Bəxtiyar bəy. Ümid edirəm əhvalınız yaxşıdır.
Belə bir sual vermək istəyərdim ki, xaricdə təhsil alan tələbə olaraq oxuduğum və sizində çox dəstəklədiyiniz universitetin(söhbət European University`den gedir) dövlət tərəfindən təqaüd verilməməsi qalsın kənara, heç diplomunun da təhsil nazirliyi tərəfindən təsdiqlənmədiyini bilirsinizmi? Bilirsinizsə niyə tələbələri orda oxumağa çağırırsınız? Diplomun təsdiqlənməməsinin Azərbaycana qayıtdıqdan sonra mənfi təsirləri hansı sahələrdə və necə ola bilər?
2-ci sual olaraq da təhsil sahəsində qeyri-formal layihələr fikirləşirsinizmi heç?
Cavab: Salam Hidayət bəy,
1) Hazırda növbəti ildən etibarən Avropa Universitetinə də dövlət təqaüdünün verilməsi ilə bağlı danışıqlar gedir. Bizim bu universitetlə əməkdaşlığımız var və bir neçə tələbəmiz bu universitetin müxtəlif ölkələrdəki kampüslərində təhsil alırlar. Ümumiyyətlə, diplomların tanınması, tələb olunması dövrünün arxada qaldığını düşünürəm. İndiki dövrdə bilik və bacarıqları olan şəxslərin aldıqları dərəcələr dövlət tərəfindən tanınsa da, tanınmasa da, özəl sektor onu işə qəbul edir. Avropa Universiteti isə daha çox biznes idarəçiliyi sahəsində təhsil verdiyinə görə, orada təhsil alan gənclərin diplom tanınması problemi olacağını düşünmürəm.
2) İkinci sualınızla bağlı hələ ki, bir layihəmiz yoxdur.
Sual [Gunay]: Salam Bəxtiyar bəy,
Azerbaycan xalqi tarix boyu başqa dövlətlərin əsarətində yaşayıb. Xüsusilə də Sovet dövrü kölə psixologiyasını daha da dərininə inkişaf etdirib. Sizcə bu xalq Çağdaş millətlər sırasına ne vaxtsa qoşula biləcəkmi? Çünki əsrlər keçib, dəyişən bir şey yoxdur. Bir də Sovetdən müstəqillik almağımızı misal olaraq gətirməyin, lütfən, zatən Sovetin dağılması və Azərbaycanın müstəqil olması təbii olan bir proses idi. Bu xalq şah sevən xalqdir və heç zaman dəyişəcəyinə inanmıram.
Cavab: Salam Günay xanım,
Sizi pozitiv olmağa, xalqımıza inanmağa çağırıram. Özünə inanmayan şəxs və ya xalq, heç nəyi dəyişdirə bilməz. Sizə Henry Fordun bir sitatını xatırlatmaq istəyirəm: “Bacaracağınızı düşünsəniz də, bacarmayacağınızı düşünsəniz də, haqlı çıxacaqsınız”. Yəni, insan, xalq, bacaracağını düşünsə, bacaracaq. Düşünsə ki, bacarmayacaq, o zaman doğrudan da bacarmayacaq.
Sual [Ruslan]: Bəxtiyar bəy, sizcə narazı olan gənclər üçün populyar gənclər tərəfindən etika qaydaları tətbiq olunmalıdırmı? Yəni çox hallar olur ki, narazı olan gənclər etikadan kənar özlərini aparırlar və bununla da gənclərin bir çox qismini özlərindən uzaqlaşdırırlar.
Cavab: Salam Ruslan bəy,
Çox haqlı məqama toxunursunuz. Məncə, Azərbaycanda müsbət dəyişiklik istəyən şəxslər bütün şəxsi keyfiyyətləri ilə cəmiyyətə nümunə olmalıdırlar. Təhsilləri, davranışları, dünya görüşləri, zarafatları, qısacası, həyatları ilə nümunə olmağı bacarmalıdırlar.
Sual [Nergiz]: Salam Bəxtiyar bəy. Müşahidələrimə görə bizim xalqda Azərbaycan dilində psixologiyada terminin qarşılığının nə olduğunu bilmədiyim “learned helplessness” olduğunu düşünürəm. Yəni insanların qarşısını ala bilmədiyi hadisələr, onlara yaşadılan həyat standartları nəticəsində öyrənilmiş çarəsizlik hissi, aşağı səviyyədə motivasiya deməkdir. İnsanlara hər baxımdan psixolojik olaraq çox ciddi təsirlər edilərək, subliminal mesajlarla və sair yollarla çökdürüldüyünü görürəm. Bütün bunlardan ali təhsilli, yüksək intellekt səviyyəli olmaqla qorunmaq mümkün deyil. Bunu hiss etdirmədən edirlər. Nəysə… Sizin də iştirak etdiyiniz bir çox savadlı gənclərimizin təşkil və iştirak etdiyi (siyasi,iqtisadi və s) seminarlar və sairlərdən xəbərimiz var. Sizcə bunlarla paralel insanların psixoloji olaraq komplekslərdən qurtulması, dövlətin hər yolnan əzdiyi dağılmış insanlara xüsusən gənclərə bunlarla baş etmək, yüksək motivasiya üçün psixoloji seminarlar təşkil edilməsi faydalı olmazmı? P.S. xaricdə yaşasam da çox maraqlanıram hər gün nə qədər gəncin intihar xəbərini oxuyuram, bölgələrdən və Bakıdan yaş aralığı da çox dəhsətdi (14-25). Bunların səbəbi çoxdur, ən başda imkansızlıq, çarəsizlik, əzilmişlikdi.
Cavab: Salam Nərgiz xanım,
Çox vacib və ciddi bir məsələyə toxunmusunuz. Təəssüf ki, hakimiyyətdə bir çoxları insanları idarə edə bilmək üçün onların yalnız təhsil səviyyəsini aşağı saxlamaqla kifayətlənmir, həm də onların özlərinə inamını azaldır, onları çarəsiz hiss etməyə məcbur edir. Bu, isə sırf dövlətimizin gələcəyi baxımından ciddi təhlükədir. Qaldırdığınız problem üzərində bir çox mütəxəssisin uzun müddət tədqiqat aparması lazımdır. Məhz bu sual və buna bənzər məsələləri araşdırmaq üçün Azərbaycanda müstəqil bir beyin mərkəzi qurulmalı, ora sizin kimi gənc mütəxəssislər dəvət edilməli, cəmiyyətdəki problemlərin kökü araşdırılmalı və həll yolları təklif edilməlidir. Qaldırdığınız bu sual məni Azərbaycanda belə bir beyin mərkəzinin qurulmasının vacibliyini xatırlatdı. Ümid edirəm ki, tezliklə belə bir mərkəz fəaliyyətə başlayar və sualınızın cavabını birlikdə taparıq.
Emil Quliyev [moderator]: Bəxtiyar bəy, Sərbəst Kürsüdə iştirak üçün sizə təşəkkürümü bildirirəm. Oxucularımıza da forumda iştirak görə minnətdaram.
Bəxtiyar Hacıyev: Emil bəy, mən də sizə, Amerikanın Səsi radiosunun kollektivinə, dinləyicilərinə və oxuyucularına təşəkkür edirəm.
Emil Quliyev: Çox sağ olun! Sərbəst kürsünün növbəti sayında görüşənədək… SƏRBƏST KÜRSÜ SİZİN BLOQUNUZDUR!!!