Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasında sədrliyin icrasına başlayıb (Audio)

  • Nərminə Cəlalqızı
Poltoloq Vəfa Quluzadə Azərbaycanda daxili siyasi vəziyyəti şərh etdi və ölkənin mövqeyinə təsir edəcək daxili faktorları göstərdi

May ayının 1-dən etibarən Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına sədrliyə başladı. Sədrliyi dövründə Azərbaycanın dünya üçün əhəmiyyətli qərarlar verəcək, ya da Azərbaycan öz problemləri ilə bağlı çıxışlar edə biləcəkmi sualına politoloq Vəfa Quluzadə Azərbaycanın yalnız təkliflər irəli sürə biləcəyini və digər dövlətlərin mövqelərini nəzərə almalı olduğunu bildirdi. Politoloq Azərbaycanın işğal olunmuş torpaqlarından işğalçı qoşunların çıxarılması və Ermənistanın BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qərarını yerinə yetirməli olması kimi bir təklif irəli sürə biləcəyini dedi.

Vəfa Quluzadə Azərbaycan tərəfin təkliflərinin həyata keçirilməsi üçün Qərblə və Amerika ilə yaxından əməkdaşlıq etməli, təkliflərini həmin ölkələrlə müzakirə etməli olduğunu dedi.

Azərbaycan prezidentinin sədrliyi ilə dünyada terrorizmlə bağlı diskussiyalara gəldikdə, politoloq Azərbaycanın özünün də terrordan zərər çəkən ölkələrdən biri olduğunu bildirdi. Cənab Quluzadə Azərbaycanda həyata keçirilən terror hadisələrini yada salaraq, hələ də bunların kimlər tərəfindən törədildiyinin açıqlanmadığını dedi. Vəfa Quluzadə Azərbaycanda daxili siyasi vəziyyəti şərh etdi və ölkənin mövqeyinə təsir edəcək daxili faktorları göstərdi.

Politoloq Suriyadakı vəziyyətlə bağlı mövqeyini bildirərək, Suriya prezidentinin hakimiyyətdən getməli olduğunu və Suriyada demokratiyanın yaradılmalı olduğunu dedi.