İctimai Palata bu gün mətbuat konfransı keçirib. Nərminə Cəlalqızı tədbirdə iştirak edən Müsavat partiyasının başqanı İsa Gəmbərlə söhbət aparıb.
Musavat partiyasının rəhbəri İsa Qəmbər İstimai Palatanın Koordinasiya Şurasının keçirdiyi mətbuat konfransınnın məqsədinin 22 aprel və qarşıdan gələn 6 may mitinqlərinin mövqeyinın açıqlanması olduğunu dedi. İsa bəy mövcud vəziyyətdən narazı olan və bu vəziyyəti dəyişmək istəyən vətəndaşların öz mövqelərini ifadə etmək üçün müvafiq məkanın təmin edilməsini və hakimiyyətin müxtəlif yollarlla buna mane olmaq istədiyini bildirdi. O, hökumətin insanlara mitinq keçirmək üçün şəhərin kənarında, tamamilə müvafiq olmayan bir yer vediyini dedi.
İsa Qəmbər ətraf rayonlardan və bölgələrdən mitinqlərdə iştirak etmək üçün gələn insanların polisin təzyiqlərinə məruz qaldıqlarını, avtobus sürücülərinin işə çıxmağa icazə verimədiyini və s. maneələrin olmasına baxmayaraq, aprel ayın 8-də keçirilən mitinqə 10 mindən çox insanın gəldiyini bildirdi.
Müsavat partiyasını başqanı bütün bu səbəblərdən İctimai Palatanın mitinq taktikasında dəyişikliklər etmək istədiyini dedi. Bunlarla yanaşı İsa bəy xüsusən də Evrovision ərəfəsində ölkədə gərginlik yaranmasını istəmədiklərini, bu səbəbdən Koordinasiya Şurasının məsələ ilə bağlı nümayəndə heyətinin yaradıldığını, həmin heyətin hökumət və beynəlxalq istimaiyyətin nümayəndələri ilə görüşlər keçirəcəyini bildirdi.
İsa bəy ATƏT-in Bakı ofisinin rəhbərinin artıq belə bir görüşə razılıq verdiyini bildirdi. İsa bəy aprel ayının 24-də Koordinasiya Şurasının üzvləri ilə Bakıda fəaliyyət göstərən diplomatik korpusun üvləri ilə keçiriklən görüşlərin də əlamətdar olduğunu dedi və bildirdi ki, hökumət belə görüşlərə çox aqressiv reaksiyalar verir. O, Azərbaycan hakimiyyətinin ölkədə demokratik dəyişikliklər üçün şərait yaratmalı olduğunu dedi.