Baş redaktorun müavini hesab edir ki, hakimiyyət açıq-aşkar qəzetin fəaliyyətinin dayandırılması yolunu tutub
BakınınYasamal Rayon Məhkəməsinin qərarı ilə “Azadlıq” qəzetinin bank hesabına həbs qoyulub. Həbs qərarı Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun qəzetə qarşı təmin edilmiş iddiasının icrası məqsədi daşıyır.
T.Əhmədovun iddiası üzrə “Azadlıq” qəzeti 30 min manat cərimələnib.
“Hakimiyyət açıq-aşkar qəzetin fəaliyyətinin dayandırılması yolunu tutub. Bank hesablaşmaları aparmadan fəaliyyət göstərmək mümkün deyil”, qəzetin baş redaktorunun birinci müavini Rahim Hacıyev Amerikanın Səsinə bildirib.
Xatırladaq ki, Binə Ticarət Mərkəzinin sahibi Kəbirə Məmmədovun iddiası əsasında da qəzet 32 min manat cərimə olub. Artıq bu işdə sonuncu məhkəmə instansiyasındadır. “Qasid” Yayım Firması isə qəzetə 41 min manat borcludur və borcu qaytarmır.