Accessibility links

Azadlıq qəzetinə qarşı iddia qüvvədə saxlanılıb


Azadlıq qəzeti
Azadlıq qəzeti

Redaksiya 32 manat ödəməlidir. Məhkəmə Binə Ticarət Mərkəzinin rəhbərinin iddiasını təmin edib

Bakı Apellyasiya Məhkəməsi “Binə” Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədovanın “Azadlıq” qəzetinə və onun əməkdaşı Ramin Dekoya qarşı iddiası üzrə qərarı qüvvədə saxlayıb.

Bu il oktyabrın 22-də Yasamal Rayon Məhkəməsi K.Məmmədovanın iddiası üzrə “Azadlıq” qəzetinin 30 min manat məbləğində cərimə ödəməsi barədə qərar çıxarıb. Məhkəmənin qərarına görə, müxbir Deko iddiaçıya 2 min manat ödəməlidir.
İddialar ötən ilin iyulunda “Azadlıq” qəzetində dərc olunmuş 2 məqlə ilə əlaqədar qaldırılıb. Məqalələrdə deyilirdi ki, “Eurovision 2012” mahnı müsabiqəsindən sonra K.Məmmədova “Binə” Ticarət Mərkəzindəki icarədarlardan 5 min manat ödəməyi tələb edib. Belə ki, müsabiqənin maliyyələşdirilməsi ilə bağlı mərkəzin çoxlu xərci çıxıb.

Ötən həftə Ali Məhkəmə qəzetin Bakı metropoliteninin rəhbəri Tağı Əhmədova 30 min manat ödəməsi barədə qərarı qüvvədə saxlayıb.

Qəzet redaksiyası məhkəmənin qərarı ilə razı deyil və kassasiya şikayəti vermək niyyətindədir. “Azadlıq” qəzetinin baş redaktor müavini Sücəddin Şərifov bildirib ki, fantastik cərimələrdə məqsəd hakimiyyəti tənqid edən məqalələrin dərcinə görə qəzeti cəzalandırmaqdır.

Media Hüququ İnstitutunun Rəşid Hacılı məhkəmə qərarlarını ədalətsiz adlandırıb. Onun fikrincə, bu qərarlar qəzeti susdurmaq planının bir hissəsidir. Qəzetin fikrincə, məhkəmə qərarları sifarişlidir, cərimə məbləğlərinin eyni olması da bundan xəbər verir.

Ekspertlər hesab edirlər ki, bütün bunlar prezident seçkiləri ərəfəsində qəzeti iqtisadi dayaqlardan məhrum etməkdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG