Azərbaycan Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu müxalifətyönümlü Azadlıq qəzetinə maliyyə yardımını dayandırıb.
Azadlıq qəzetinin internet saytı bildirir ki, fondun icraçı direktoru Vüqar Səfərli bununla bağlı qəzetin redaktoruna xəbərdarlıq məktubu göndərib.
Məktubda deyilir ki, Azadlıq qəzeti redaksiyası ilə fond arasında bağlanmış müqaviləyə əsasən, tərəfimizdən ayrılan maliyyə yardımı redaksiyanın digər hüquqi və fiziki şəxslər qarşısında götürdüyü öhdəliklərin yerinə yetirildiyi təqdirdə maliyyə yardımının verilməsi dayandırılır. “Odur ki, Azadlıq qəzetinin redaksiyasına ayrılan maliyyə yardımı dayandırılır”.
Xatırladaq ki, Azadlıq qəzetinə qarşı məhkəmələr 60 min manatdan çox cərimə kəsib. Məhkəmələr cərimələri Bakı Metropolitenin rəisi Tağı Əhmədov və Binə Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədovun iddiası əsasında kəsib. Qəzetin bank hesabına həbs qoyulub.
Son dövrlər “Qasid” Yayım Şirkəti qəzetə olan 60 min manatdan çox borcunu ödəmir. “Azərbaycan” Nəşriyyatı Azadlığın çapını borc müqabilində dayandıracağını bəyan edib. Qəzet yardım kampaniyası nəticəsində çapını yenidən bərpa edə bilib.
“Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev hakimiyyətin qəzetə qarşı təzyiqləri siyasi sifariş sayır.
Azadlıq qəzeti 1989-cu ilin dekabrından nəşr olunur. Azərbaycanın müstəqillik dövrünün ilk müstəqil qəzetidir. Qəzet bütün dövrlərdə kəskin tənqidi mövqeyi və müaxlifətyönümlüyü ilə fərqlənib. Qəzetin bir çox əməkdaşları, o cümlədən baş redaktoru mühacirətdədir. Müxbirləri dəfələrlə fiziki təzyiqlərə məruz qalıb, müxtəlif ittihamlarla həbs edilib.
Azərbaycan Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu il ərzində bir çox qəzetlərə 50 min manatdan 120 min manatadək yardım edir.