Azad mətbuat sağlam cəmiyyət deməkdir

  • Amerikanın səsi

Azad mətbuat dedikdə göz önündə sağlam cəmiyyət çanlanır. Məhdudiyyətsiz informasiyaya ehtiyac artdıqca, bəzi hökumətlər mətbuat azadlığını boğmağa, hətta informasiya vasitələrinin fəaliyyətini tamamilə dayandırmağa çalışır. Ümumdünya mətbuat azadlığı günü dünyada bu azadlığı qəbul etməyən ölkələrdən danışmaq yerinə düşər.

Qeyri-məhdud və maneəsiz informasiyanı hamı istəyir, lakin hamı onu əldə edə bilmir. Jurnalistlərin Müdafiəsi Təşkilatının icraçı direktoru Coel Simonun dediyi kimi, informasıya axtarışı və əldə edilməsi fundamental insan hüququdur.

Təşkilatın hesabatında dünyada senzurası ən güclü olan ölkələrin adı çəkilir. Eritrea bu sıyahının ön sırasında yer alır. Şimali Koreya, Suriya, İran, Özbəkistan, Birma, Belarus, Kuba kimi ölkələrdə də vəziyyət açınacaqlıdır. Bu ölkələrdə tənqidə dözümlülük mövcud deyil. Lakin jurnalistlərin əzmkarlığı yenilməzdir. Onlar öz işlərinə olduqca ciddi yanaşır. Bəzən canlarını belə fəda edir. Cari ilin əvvəlindən bəri dünya ölkələrində 17 jurnalist qətlə yetirilib. Vətəndaş jurnalistlərin də rolu əvəzsizdir. Onlar bloqlar və sosial media vasitəsi ilə informasiyanın yayımına xidmət edir.