AXCP fəalı 20 sutka həbs edilib [yenilənib]

Həbs

Türkel Əlisoy polisə müqavimətə görə həbs edilib
AXCP fəalı Türkel Əlisoy inziabit xətalar məcəlləsinin 310 (polisə müqavimət) ilə 20 sutka azadlıqdan məhrum edilib.
---------------------------------------------------
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Türkel Əlisoy martın 5-də axşam saatlarında saxlanıb. Fəalın kimlər tərəfindən saxlanılması indiyədək müəyyən edilməyib.

AXCP sədrinin müavini Gözəl Bayramlı Amerikanın Səsinə bildirib ki, partiyanın Gənclər Komitəsinin İdarə Heyətinin üzvü Türkel Əlisoy haqqında indiyədək hər hansı məlumat öyrənmək mümkün olmayıb.

Əlisoyun mobil telefonu söndürülüb. Qardaşının məlumatına görə martın 6-da səhər evlərinə polis gəlib.

Türkel Azertürkün ailəsi Türkelin tapılmaması ilə bağlı Xətai rayon 35-ci polis bölməsinə müraciət edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bu barədə şərh almaq mümkün olmayıb.

Bundan əvvəl AXCP üzvlərindən 6 nəfərə 15-20 sutka inzibati həbs cəzası verilib. Həbslər fevralın 26-da Xocalı faciəsi qurbanlarının xatirəsinin yad edilməsi zaman polislə baş verən insidentdən sonra başlayıb.