Milli Şuranın sədri Cəmil Həsənli AXCP-nin mərkəzi qərargahından çıxarılmasına münasibət bildirib.
Cəmil Həsənli öz Facebook səhifəsində yazır: “Xalq Cəbhəsinin qərargahı partlayışdan ziyan çəksə də dağılmadı. Binanın özülü möhkəm imiş. İndi hər kəsi belə bir sual düşündürür: partlayışın dağıda bilmədi bu şəxsi mülkiyyəti niyə zor gücünə dağıdırlar? Əslində məsələ bir qədər fərqlidir. Vaxtilə yazıçı-publisist Rafiq Tağı bıçaqlanan zaman hadisə yerində ölməli idi. Lakin ölmədiyi üçün onu xəstəxanada öldürdülər. Cəbhənin qərargahı da partlayış zamanı dağılmalı idi, dağılmadığı üçün onu zorla dağıdırlar. Faşistlər vaxtilə reyxstaqı yandıranda Berlinin bütün yağınsöndürən məntəqələrini qabaqcadan xəbərdar vermişdilər ki, hadisə yerinə tələsməsinlər”, deyə o qeyd edir.
AXCP-nin mərkəzi qərargahının zirzəmisində martın 3-də yanğınla müşahidə edilən partlayış baş verib. Binaya ciddi ziyan dəyməsə də martın 4-də Fövqəladə Hallar Nazirliyi qəza vəziyyəti yaranması barədə rəy verib. Bundan sonra dərhal binanın söküntüsünə başlanıb. Halbuki binanın sahibi bu zaman Türkiyədə yaşayırdı. O Azərbaycana qayıdıb və evinin ondan xəbərsiz sökülməsinə etiraz edib.
AXCP binanın siyasi məqsədlə partladıldığını bəyan edib.