Avropa Parlamenti İlqar Məmmədovun həbsdən azad edilməsini tələb edir

Avropa Parlamenti

Parlament iyunun 13-də Azərbaycanla bağlı qətnamə qəbul edib
İyunun 13-də Avropa parlamentində ReAL hərəkatının rəhbəri İlqar Məmmədovun işi ilə bağlı qətnamə qəbul edib.

Avropa parlamentinin rəsmi saytının məlumatına görə deputatlar Azərbaycan hakimiyyətini İlqar Məmmədovun həbsini pisləyib, ona qarşı açılmış cinayət işinin dayandırılması və ona qarşı irəli sürülən ittihamların təcili şəkildə araşdırılmasına çağırıb.

Həmçinin deputatlar hakimiyyəti Azərbaycanda mətbuat və media azadlığına hörmət etməyə, ifadə azadlığının təmin edilməsinə, diffamasiya qanunvericiliyini qəbul etməyə, islahat və əhalinin sərbəst toplaşmaq azadlığına hörmət etməyə çağırıb.

ReAL Hərəkatının sədri İlqar Məmmədov bu il yanvarın 23-24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilir. Barəsində 3 aylıq həbs qəti imkan tədbiri seçilib. Artıq birinci instansiya məhkəməsi onun həbs müddətini 3-cü dəfə uzadıb.

İyunun 18-ə kimi Azərbaycan hökuməti İlqar Məmmədovla bağlı Avropa Məhkəməsinin onlara ünvanladığı suallara cavab verməlidir