Avropa İttifaqı ölkələrin məsrəflərinin nəzərdən keçirilməsinə çağırıb

  • Amerikanın səsi

Avropa İttifaqı ölkələrin məsrəflərinin nəzərdən keçirilməsinə çağırıb

Avropa İttifaqı rəsmiləri avronun xilası və borc böhranının həlli məqsədi ilə ölkələrin məsrəflərinin nəzərdən keçirilməsinə çağırıb. Avropa Komissiyasının və Avropa İttifaqının prezidentləri Hose Manuel Barroso və Herman Van Rompuy Avropanın iqtisadi sahədə integrasiyasının vacibliyini vurğulayıb. Barroso Avropanın sistematik böhranla üzləşdiyini deyib.

Eyni zamanda iqtisadçı Mario Monti and içərək İtaliyanın baş naziri vəzifəsinə başlayıb. O, texnokratlardan ibarət kabinetini açıqlayıb. Kabinet hökumətin 2.6 trillion dollarlıq borcların ödənilməsi və beynəlxalq bazarlarda sakitliyin bərqərar edilməsinə nəzarət edəcək.