Accessibility links

Avropa böhranı qlobal səhm birjalarını vurdu


Avropa böhranı qlobal səhm birjalarını vurdu
Avropa böhranı qlobal səhm birjalarını vurdu

Avropa iqtisadi böhranı İtaliya və Yunanıstanda siyasi təlatümlər yaratdıqca aparıcı ABŞ və Avropa səhm birjalarında itkilər baş verib.

Afina və Romada cərəyan edən qeyri-müəyyənlik üzündən Nyu York, Paris, London və Frankfurtda indekslər iki faizlərini itiriblər.

Günün sonunda istefa verməyə hazırlaşan Yunanıstan baş naziri Georg Papandreu milli televiziya ilə çıxışında bildirib ki, o, və müxalifət qanunvericiləri koalisiya hökuməti yaratmaq barədə razılığa gəliblər.

Müvəqqəti hökumət beynəlxalq kreditorlar tərəfindən tələb olunan ixtisar ölçüləri həyata keçirəcək.

İtaliyada baş nazir Silvio Berluskoni parlament büdcə ixtisarlarını qəbul edən kimi istefa verəcəyini bildirib. Xərcləmə islahatları Romanın nəhəng borc defisitini aradan qaldırmağa yönəlib.

XS
SM
MD
LG