Accessibility links

Avropa İttifaqı səfirləri Füzuliyə səfər edib


Avropa İttifaqı səfirləri Füzuliyə səfər edib
Avropa İttifaqı səfirləri Füzuliyə səfər edib

Səfirlər cəbhə xətti boyu məskunlaşmış sakinlər və məcburi köçkünlərlə görüşüb, regiondakı hərbi vəziyyəti müşahidə edib.

Avropa İttifaqına üzv dövlətlərin Bakıdakı səfirləri, - Avstriya, Belçika, Bolqarısan, Çex, Finlandiya, Almaniya, Yunanıstan, İtaliya, Latviya, Litva, Polşa, Birləşmiş Krallıq və Avropa İttifaqının Nümayəndəliyinin səfirləri və nümayəndələri Füzuliyə rəsmi səfər edib. Səfər zamanı səfirlər cəbhə xəttindəki vəziyyətlə tanış olmaq, regionda yaşayan sakinlər və məcburi köçkünlərlə görüşüb, onların problemlərini müzakirə edib.
"Səfər zamanı cəbhə xəttindəki cari vəziyyəti birbaşa görüb, cəbhə xəttinə yaxın yaşayan insanların üzləşdiyi məhdudiyyətləri və çətinlikləri hiss etdik. Dağlıq Qarabağ münaqişəsinin ən tez zamanda sülh yolu ilə həll olunmasında Avropa İttifaqının maraqlı olduğunu, sülh bərqərar olduqdan sonra münaqişədən zərər çəkmiş ərazilərin bərpasında, tərəflər arasında etimadın qurulmasında və onun qorunmasında Avropa İttifaqının yardım göstərməyə hazır olduğunu biz bu səfərlə bir daha vurğuladıq", - deyə Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin rəhbəri Roland Kobia nümayəndə heyətinin adından bildirib.
Səfirlər Füzuli rayonu İcra Hakimiyyətinin başçısı, cəbhə xətti boyu məskunlaşmış sakinlər və məcburi köçkünlərlə görüşüb, regiondakı hərbi vəziyyəti müşahidə edib, Füzulidəki QHT-lər və özəl sahibkarlarla görüşlər keçirib.

XS
SM
MD
LG