Körfəz Əməkdaşlıq Şurasının rəhbəri Abdul Lətif Əl-Zəyani hakimiyyətin dinc keçidi barədə razılıq haqda vitse-prezident Abed Rəbbo Mənsur Hadi ilə görüşündən heç bir söz demədən Yəməni tərk edib. 6 üzlü şuranın vasitəçisi Yəmənə bazar ertəsi səfər etmişdi.
Şahidlərin dediyinə görə, atəşkəs razılığına baxmayaraq, Yəmənin paytaxtı Sanaada atışma olub. Atışma zamanı 3 adam həlak olub,16 adam yaralanıb. Atəşkəs 70 adamın ölümü və yüzlərlə insanın yaralanması ilə nəticələnən qarşıdurmalardan sonra əldə edilib. Atışma atəşkəs müzakirələrini aparan vitse-prezident Abed Rəbbo Mənsur Hadinin evi yaxınlığında olub. Tələfat barədə məlumat yoxdur. Dünən atəşkəsdən əvvəl 23 adam öldürülmüşdü. Qarşıdurmalar minlərlə mülki əhalini evlərini tərk etməyə vadar edib.ABŞ zorakılıqları qınayaraq, tərəfləri təmkin nümayiş etdirməyə çağırıb.