ATƏT sədri Cənubi Qafqaza gəlir

ATƏT sədri, Ukraynanın xarici işlər nairi Leonid Kojara

Leonid Kojara dondurulmuş münaqişələri və ikitərəfli münasibətləri müzakirə edəcək
ATƏT-in fəaliyyətdə olan sədri, Ukrayna xarici işlər naziri Leonid Kojara iyunun 17-20-də Cənubi Qafqaz ölkələrinə səfər edəcək, Bu barədə Turan agentliyi məlumat yayıb.

Kojara dondurulmuş münaqişələrin tənzimlənməsi və ikitərəfli münasibətlərlə bağlı müzakirələr aparmaq üçün hər üç ölkənin rəhbərliyi ilə görüşlər keçirəcək.

Xüsusən, Bakıda Azərbaycan hakimiyyətinin ATƏT ofisinin statusunu azaltmaq ideyası müzakirə olunacaq.