Noyabrın 28-29-da Strasburqda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri görüşəcək
Noyabrın 28-29-da Strasburqda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü təşkil ediləcək. Görüşün məqsədi Qarabağ münaqişəsinin tənzimlənməsi yollarının axtarılması və müzakirə edilməsidir.
“Tədbir Helsinki Vətəndaş Assambleyasının (HVA) təşəbbüsü ilə Avropa Şurasnının dəstəyi ilə keçiriləcək”, deyə HVA Azərbaycan Milli Komitəsinin rəhbəri Arzu Abdullayeva Turan agentliyinə bildirib.
Azərbaycan və Ermənistan tərəfdən görüşdə 8 nəfər iştirak edəcək, onlar arasında ekspertlər, siyasətçilər, jurnalistlər, müəllimlər və tarixçilər olacaq. Hər bir nümayəndə heyətində Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının nümayəndələri də olacaq. Amma Abdullayeva konkret ad çəkməyib.
Bu format qeyri-rəsmi olaraq “Paralel Minsk Qrupu” adı alıb, ictimaiyyətin münaqişənin həlli yollarının müzakirəsinə və axtarılmasına cəlb edilməsini nəzərdə tutur. Müzakirələrin yekunlarına görə iki ölkə hökumətlərinə, beynəlxalq ictimaiyyətə və ATƏT-in Minsk qrupuna tövsiyələr yer alan sənəd qəbul ediləcək, Abdullayeva bildirib.
O, həmçinin qeyd edib ki, indiyədək qarşıda duran görüşün iştirakçıları artıq Aland adalarında, Tbilisidə və başqa yerlərdə müxtəlif tədbirlərdə görüşüblər.
“Ümid edirik ki, vətəndaş cəmiyyətinin təşəbbüsləri və ideyaları səmərəli olacaq və müsbət nəticə verəcək”, deyə hüquq müdafiəçisi qeyd edib.