Accessibility links

Leonid Kojara: Danışıqlar regional əməkdaşlıq üçün yeni imkanların açılmasına təminatdır


ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara
ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara

ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Azərbaycan və Ermənistan prezidentinin görüşü ilə bağlı bəyanat yayıb

Noyabrın 19-da ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan prezidenti Serj Sarkisyanın Vyana görüşü ilə bağlı bəyanat yayıb.

ATƏT-in rəsmi saytının məlumatına görə, Leonid Kojara Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü alqışlayıb.

O inanır ki, Azərbaycanın və Ermənistanın yüksək səviyyədə dialoqu tərəflər arasında etimadın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə kömək edəcək, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinə müsbət stimul verəcəkdir.

“Biz inanırıq ki, bu danışıqlar sülh və sabitlik, eləcə də regional əməkdaşlıq üçün yeni imkanların açılmasına təminatdır. Ukrayna ATƏT-in sədri olaraq, Azərbaycanın və Ermənistanın Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq əsasında sülh yolu ilə nizamlanmasına yönəlmiş müntəzəm dialoqun qurulması istiqamətində səylərinə kömək etməyə hazırdır”,-deyə L.Kojara qeyd edib.
XS
SM
MD
LG