Barak Obama Amerikada ali məktəb xərclərinin azaldılmasına çağırıb

  • Amerikanın səsi

Barak Obama Amerikada ali məktəb xərclərinin azaldılmasına çağırıb

ABŞ prezidenti Barak Obama Amerikada ali məktəb xərclərinin azaldılması məqsədi ilə federal hökumətin universitetlər və kolleclərə ayırdığı vəsaitin ödənmə yollarının dəyişdirilməsinə çağırıb. Miçiqan universitində danışan dövlət başçısı təhsil xərclərinin son 20 ildə iki dəfədən çox artdığını deyib. Barak Obama Konqresi tələbələrə yardım və vergilərin ixtisarı təklifinin təsdiqinə çağırıb. Prezident deyib ki, universitetlər təhsil xərclərini azaltmalıdır. O, təhsil ocaqlarına hökumətin daha artıq vəsait ayıracağına vəd verib. Prezidentin təklifinə əsasən ali təhsilə yardım məsrəfləri bir neçə milyard dollar artırılmalıdır. Federal hökumətin bildirdiyinə görə, 2010-cu ildə hər tələbənin təhsil və yaşayış xərci orta hesabla 17500 dollar təşkil edib. İkiillik kolleclər ildə 8, dördillik universitetlərin xərçi isə 32000 dollar olub.