ABŞ prezidenti Barak Obama Konqres üzvlərini qarşıdurmaya son qoymağa və pulun siyasətə təsirini məhdudlaşdırmağa yönəlmiş qanunu təsdiq etməyə çağrıb.
Həftəlik müraciətində cənab Obama deyib ki, Konqres üzvləri onun hakim və hökumət xidməti təyinatlarını əngəlləməklə məşğuldurlar. Onun sözlərinə görə Amerika xalqı bu “dalana və oyunlara” layiq deyil. Prezidenti Konqresi bütün nominantların 90 gün ərzində çoxluq səsverməsi ilə müəyyən edilməsini təsbit edən qanun qəbul etməyə çağırıb.
Cənab Obama həmçinin rəsmilərin təsir göstərdikləri sənayelərdə səhmlərə sahib olmalarını qadağan edən qanunun qəbuluna çağırıb. O, həmçinin Konqres üzvlərinin kampaniya aparan siyasətçilərə pul verməsinin əleyhinə çıxıb.
Prezident bəyan edib ki, Vaşinqton öz vaxtını həqiqi işlərə - iqtisadiyyatın dirçəlişinə həsr etməlidir.
Respublikaçıların cavab müraciətində Sentor Marko Rubio varlılarla yoxsullar arasında yarğan əmələ gəldiyini deyib, və buna görə prezidenti günahlandırıb. O, insanların rifahını yüksəltmək üçün azad bazar prinsiplərini tam qəbul etməyin vacibliyini vurğulayıb.