Amnesty İnternational beynəlxalq hüquq müdafiə təşkilatı Məmmədlini “vicdan məhbusu” kimi tanıyıb
Martın 14-də Bakı Apellyasiya Məhkəməsində hazırda həbsdə olan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli apellyasiya şikayətinə baxılıb.
Bu barədə Amerikanın Səsinə Apellyasiya Məhkəməsindən bildiriblər.
Apellyasiya şikayəti A.Məmmədlinin barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin daha 3 ay uzadılması barəsindədir.
Məhkəmə birinci insatansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb və apellyasiya şikayətini təmin etməyib.
Anar Məmmədli 16 dekabr 2013-cü ildə qanunsuz sahibkarlıq, vergilərdən yayınma, vəzifə səlahiyyətlərini aşma ittihamı ilə həbs edilib. Məhkəmə onun 3 ay müddətinə həbsinə icazə verib. Amnesty İnternational beynəlxalq hüquq müdafiə təşkilatı Məmmədlini “vicdan məhbusu” kimi tanıyıb.
Hüquq müdafiəçilərini müdafiə edən digər təşkilat – Front Line Defenders Məmmədlini Soçidə Olimpiya oyunlarına həsr edilmiş kampaniya ilə müdafiəsini həyata keçirdiyi 12 hüquq müdafiəçisindən ibarət siyahıya daxil edib.
Məmmədlinin həbsinin əsl səbəbi keçən ilin oktyabrında Azərbaycanda prezident seçkiləri zamanı hakimiyyətin saxtakarlıqlarını ifşa etməsidir.