Amerikada işsizlik təzminatına müraciət edənlərin sayı azalır

  • Amerikanın səsi

Amerikada işsizlik təzminatına müraciət edənlərin sayı azalır. Hökumətin hesabatına görə, keçən iki həftə ərzində 351 min nəfər kompensasiya üçün müraciıt edib. Bu isə daha əvvəlki həftə ilə müqayisədə 2 min nəfər az deməkdir. İşsizlik təzminatına müraciət edənlərin sayı 2011-ci ilin ortalarından bəri enməyə başlayıb. Son 4 həftə ərzində onların sayı 354 min azalıb. İqtisadçılar bu göstəricilərin sağlam bazara işarə olduğunu deyir. Lakin hələ də 13 milyon insan işsizdir. Hazırda işsizlərin sayı 8.3 faiz təşkil edir.