ABŞ səfirliyi bəyanatla çıxış edib. Səfirlik Ramiz Mehdiyevi və Elnur Aslanovu təkzib edir
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi mətbuatda gedən son məlumatlarla bağlı bəyanat yayıb.
Sənəddə deyilir:
“Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ABŞ-ın seçkilərdə səslərin sayının gizli yolla razılığa gəlmək və sonradan seçkilərlə bağlı müsbət bəyanat vermək barədə irəli sürdüyü iddia, Prezident Administrasiyasının əməkdaşı Elnur Aslanovun verdiyi müsahibə də daxil olmaqla əlavə xəbərlər yayılıb.
ABŞ səfirliyi Dövlət Departamentinin sözçüsünün bəyanatını bir daha təsdiqləyir ki, bu iddialar tamamilə yalandır. Biz özəl diplomatik görüşün məzmununu müzakirə etməyəcəyik. Bu cür görüşlərin məzmununun açıqlanması qəbuledilməzdir”, bəyanatda qeyd edilir.
Oktyabrın 14-də Ramiz Mehdiyev Azərbaycanın dövlət agentliyi və bir sıra digər agentliklərə müsahibə verib.
O Azərbaycanda oktyabrın 9-da keçirilmiş prezident seçkilərinin beynəlxalq standartlara uyğun olmadığını bildiriən Amerika Dövlət Departamenti və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu kəskin tənqid edib. Amerika və ATƏT/DTİHB-nə qarşı ittihamlar irəli sürüb.
R.Mehidyev deyib: “Yeri gəlmişkən, ABŞ-dan olan rəsmi şəxslər Milli Şuranın nümayəndəsinə seçicilərin 25 faizinin səsini verməyi, qalan 74-75 faizini isə özümüzə saxlamağı məsləhət görmüşdülər. Yəni, səslərin nisbəti belə olarsa ABŞ Dövlət Departamentinin rəyi balanslaşdırılmış olacaqdı. Məntiqə görə, əgər biz bu məsləhətə əməl etməsək, bütün digər hallarda onların rəyi mənfi olacaqdı. Nəticə məlumdur. Göründüyü kimi, bu sadəcə dost məsləhəti deyil, ciddi xəbərdarlıq imiş.
Belə çıxır ki, biz şəffaf, ədalətli seçkilər deyil, saxta seçkilər keçirməli idik. Özü də bu halda bizim tərəfdaşlarımızın arzusu ilə prezidentliyə müəyyən namizədlərə uydurma faizlər yazmalı idik. Məgər bu, Azərbaycan seçicilərinin ləyaqətinin, onların milli hisslərinin təhqir edilməsi deyilmi? Axı onlar hansı siyasi platformaya səs vermək lazım olduğunu heç kəsin müdaxiləsi olmadan özləri müəyyən edir”, o qeyd edib.
ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki Azərbaycan Prezident Administrasiyasının rəhbərinin dediklərini təkzib edib. “Qətiyyən yox! Səfirliyimizin dediyi kimi, zənnimcə onlar açıqlama veriblər. Kim maraqlansa, bu açıqlamanı paylaşa bilərəm. Azərbaycan Prezident Administrasiyasının rəhbərinin dedikləri tamamilə saxtadır”, xanım Psaki bildirib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bu gün yerli mediada ABŞ Dövlət Departamentinin sözçüsünün dediklərinə münasibət bildirib:
“Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin qeyd etdiyi rəqəmlər ABŞ tərəfi, ələlxüsus səfir Riçard Morninqstar tərəfindən Azərbaycanın hökumət üzvləri və Prezident Administrasiyasının nümayəndələri ilə müxtəlif görüşlərində səsləndirilib. Hesab edirik ki, qapalı görüşlərdə bir cür danışıb, mediada tam başqa cür çıxış etmək yolverilməzdir. O ki qaldı Dövlət Departamentinə "WikiLeaks"in timsalında bütün dünya ABŞ Dövlət Departamentinin real addımlarının və onlarının təkzibinin şahidi olmuşdur", o qeyd edib.