Amerika səfirliyi: Bu həbslər Azərbaycanın demokratik inkişafı istiqamətində ciddi geriləmədir

Amerika səfirliyi

Səfirlik Anar Məmmədli, SMDTM-nin icraçı direktoru və tərəfdaş QHT rəhbərinin məhkəməsinin nəticəsinə dair bəyanat verib
ABŞ-ın Azərbaycandakı səfirliyi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, bu qurumun icraçı direktoru və tərəfdaş QHT-nin rəhbəri barədə məhkəmənin nəticəsi ilə bağlı bəyanatla çıxış edib.

Sənəddə deyilir:

“Mayın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədlini qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərini aşma, seçkinin nəticələrinə təsir məqsədilə törədilən vəzifə səlahiyyətlərindən sui-istifadə kimi çox şübhəli ittihamlarla ittiham edərək beş il yarım azadlıqdan məhrumetmə cəzası kəsib.

SMDT-nin icraçı direktoru və tərəfdaş QHT-nin rəhbərinə də bu kimi ittihamlarla hökm oxunub. Bu həbslər Azərbaycanın demokratik inkişafı istiqamətində ciddi geriləmədir.

Biz Azərbaycanın əsas tərəfdaşı olaraq inanırıq ki, ölkənin gələcək sabitliyi və inkişafı üçün ən doğru addım daha açıq cəmiyyətə imkan yaratmaq olardı”, deyə səfirliyin bəyanatında qeyd edilir.