Görüşdə seçkiqabağı durum müzakirə edilib
Sentyabrın 11-də ABŞ-ın Bakıdakı səfirliyində səfir Riçard Morninqstar bir sıra siyasi partiyaların və təşkilatların nümayəndələri ilə görüş keçirib.
Görüşdə müxalifətdən prezidentliyə vahid namizəd Cəmil Həsənli, Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, Ümid Partiyasının sədri İqbal Ağazadə, EL hərəkatının sədri Eldar Namazov, ReAl hərəkatının nümayəndəsi Erkin Qədirli, Liberal Demokrat Partiyasının rəhbəri Fuad Əliyev iştirak edib.
Müzakirələrin əsas mövzusu ölkədə seçkiqabağı vəziyyət olub. Bu barədə Amerikanın Səsinə EL hərəkatının lideri Eldar Namazov bildirib.