ABŞ və koalisiyanın hərbi liderləri İŞİD-ə qarşı strategiyanı müzakirə edir

ABŞ prezidenti Barak Obama və Amerikanın hərbi komandirləri İraq və Suriyada İslam Dövləti qrupunun yaraqlılarına qarşı strategiyanı müzakirə etmək üçün koalisiya ölkələrinin hərbi liderləri ilə görüş keçirir.

ABŞ-ın Birgə Hərbi Qərargahlar rəsiri general Martin Dempsinin sözçüsü bildirib ki, Vaşinqton yaxınlığındakı Endrüs hərbi hava qüvvələrinin bazasında keçirilən görüşdə İŞİD-ə qarşı əməliyyatlar və gələcək strategiya müzakirə ediləcək. Türkiyə də daxil olmaqla, 22 ölkənin hərbi qüvvələrinin yüksək səviyyəli nümayəndələrinin görüşə qatılacağı gözlənilir.

Bu arada, kürd döyüşçülər və İslam Dövləti qrupunun yaraqlıları arasında Türkiyənin cənubda Suriya ilə sərhədinə yaxın Kobani şəhərinə nəzarət uğrunda şiddətlər döyüşlər davam edir.

Britaniyada qərargahlanan İnsan Haqlarını Müşahidə qrupu ABŞ-ın başçılığı ilə koalisiya qüvvələrinin İslam Dövləti qrupunun hədəflərini bazar günü gecə beş dəfə atəşə tutduğunu bildirib.

Regiondakı fəallar kürd döyüşçülərin yaxınlığında mühüm təpəni ələ keçirdiyini və İslam Dövləti qrupunun bayrağını çıxardıqlarını bildiriblər.